Azərbaycanımızın qiraət
gündəmində uzun müddətdi ki populyar olan dedektiv əsərlərin müəllifi Elxan
Elatlının təsadüfi olaraq bir romanı ilə tanış olmaq axır ki, mənə də qismət
oldu. "Xəyanət" romanı ilə tanışlığım mənə bu yazıçı haqqında müəyyən
məlumatlar verdi. Gördüyüm nöqsanlar məni narahat etdi. Bəlkə də başqa bir
yazıçıda bu nöqsanlara mən çox fikir verməzdim, amma bu yazıçı ictimayət
arasında çox məşhurdur və insanların zövqünün və düşüncə tərzinin
formalaşmasında müəyyən rolu vardır. Bu yazıçını oxuyub bəyənənlər çoxdur və
ona görə də üzərində çox daurmağa dəyər. Beləliklə açıram sandığı, tökürəm
panbığı: İlk növbədə əsərdə qeyri-professionallıq var. Roman daha çox həvəskar
xarakterli, sadəcə müəyyən qrup insanlara ünvanlanmış formata sahibdir (əsasən
yaşlı və az qiraət etmiş insanlara). Romanda obrazların çox olmağı, onlardan pərakəndə
və bayağı istifadə olunmları romanı mənim üçün sönük və maraqsız etdi. Motivlərdən
asılı olaraq obraz az və ya çox ola bilər, amma bu zaman yazıçı özü lazımi
miqyası, proporsiyaları seçməli və hadisələri düzgün ardıcıllıqla "sapa
düzməlidir". Cümlə quruluşlarında gülməli səhvlər gördüm. Yeri gələndə bu
səhvləri heç orta məktəb şagirdləri belə etmirlər (elə bil kitab heç redaktə olunmayıb).
Daha sonra müasir yazıçılarımızda çox biabırçı bir tendensiya yaranıb. Ələbəttə
mən bunun nə olduğunu və səbəbini sizinlə bölüşəcəm. Romanı oxuduqca baş qəhrəmanın
(kişi cinsi) əks cinsə qarşı olan münasibətləri və fikirləri öz əksini tapıb.
Yazıçı üçüncü şəxs kimi seksual elementlərdən istifadə etməyə çalışıb və bu çox
bayağı və gülünc çıxıb. Yəqin ki, razılaşarsız ki,qadının dar paltar geyinməsi
və bu zaman altadkı tumanının kənar xətlərinin bilinməsinin dəfələrlə (səhv
etmirəmsə 3-4 dəfə) vurğulanması çox əttökəndir. Ümumiyyətlə bu çox pis
tendesiyadır ki, gənc yazarlarımız yazmağa bir şey tapmayanda seksual motivlərdən,
elementlərdən bax beləcə istifadə edib özlərini hörmətdən salır və oxucularda
da narahatlıq yaradırlar.
Yazıçı əsərinə dedektiv
adını qoysada, bu daha çox ailə dramı və uğursuz rentgen kitab (insanların həyatını
detalları ilə açıb-tökən və analiz edən psixoloji formatlı kitablar) cəhdinə bənzəyir.
Yuxarıda da qeyd etdiyim kimi obrazların pis istifadəsi və digər uğursuz məqamlar
əsərin dedektivlik yükünü azaltmış və geriyə qalan hissəsini də, şəxsən mənə
görə, gülməli etmişdir. Hər şey əvvəlcədən oxucuya bəlli olur ki, bu da oxucunu
qısa müddətdə yorur və dedektiv əsərlərə xarakterik macera və həyəcan adlanan
anlayışlarından uzaq salır.
Bəs
deyə bilərsiz ki, əsərdə heç bəyəndiyin məqam olmadı ki? "Oldu"
cavabını vermək istəsəm də, alınmır. Hadisələrin axışı və sonluq və oxuduğum bəzi
şeylər mənə müəyyən müddətdən bir yaxşı təəssüratlar versə də, ümumilikdə razı
qalmadım. Gündəmdə olan yazıçılar həqiqətən də təcrübəli oxucular (özümü tərifləmək
kimi çıxmasın) üçün məyusluq yaratmaqda davam edir ki, bunun da səbəbi onların
heç bir ciddi məktəbin yetirməsi olmamalarından qaynaqlanır. Bu məsələdə ümidli
olmasam da, nikbinəm.
Comments
Post a Comment