Gənc yazıçılar haqqında
Gənc yazarlar...
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Aydın məsələdi ki, onlar bu yola yeni başlayıblar. Onlar hələ çox şeyə
gənc insanın yanaşma tərzi ilə yanaşırlar (bu normaldı). Bəlkə də bir ömür belə
olacaq amma insanın bioloji və psixoloji inkişafını nəzərə alsaq, 20 yaşında
birisi ilə 60 yaşında birisi çox vaxt eyni tərzdə fikirləşmir. Məsələn: əsərlərini
diqqətlə araşdırsaq, Karl Marksın gəncliyində yazdığı əsərləri ilə yaşlı
vaxtında yazdıqları kifayət qədər fərqlidir. Ona görə də Marksın həyatını
araşdıranlar, onu gənc və qoca Marks olaraq iki qrupa bölürlər. Digər bir nümunəni planetar miqysada tanınmalı olan və müəyyən mənada
da tanınan İsa Muğannadır. O, özü öz müsahibələrində də gənc vaxtı yazdıqlarına
gülür.
Sözü nəyə gətirirəm. İndi kitab mağazalarında yeni yazarların
kitabları rəfləri bəzəyir. Orasına burasına baxırsan və düşünürsən ki, şans verəsən
yoxsa yox. Alasan yoxsa yox. Müasir Azərbaycan ədəbiyyatı bizə nə vəd edir?
Çox qəribə bir tendensiya var. 3-4 nəfər xüsusi canfəşanlıqla
atılıb-düşürlər. Erotik motivləri, narkomaniyanı, homoseksuallığı əsas süjet xətti
edib kitab yazırlar. Özlərinə yazıçı deyib, oxucu kütləsi toplayırlar. Mən buna
qarşı deyiləm. Bu mövzular əsasında dəyərli əsər ortaya qoydunsa əla amma təəssüf
ki, hələ eləsinə rastlamadım. Bəzi gənclər də həvəslə oxuyurlar. Soruşanda da
deyirlər ki, fərqli fikirlər, ideyalardı. Burda pis nə var ki? Pis heç nə
yoxdu. Heç kim kimisə nəyəsə məcbur etmir. Oxuyursan oxu. İstiyirsən divardan
da as. Bu bəzən məni düşündürür. Axı mən cəmiyyətdə yaşayıram. Onun üzvləri ilə
ünsiyyətdə oluram. Əgər onlar belə şeylər oxuyub, Üzeyrin mahnılarını dinləyib,
zövqlərini korlayırlarsa, mən sabah oturub kimlə rahat söhbət edəcəm? Söhbət
etməyi bir kənara qoy, kimlərin əhatəsində olacam? Çölə-bayıra çıxıb nələri görəcəm?
Kimlərlə bir yerdə işləyəcəm? Gələcəkdə ailələrimiz nələrə dəyər verəcək? Nələrə
tolerantlıq göstərəcək? Onları nələr düşündürəcək?
Gənc yazıçılara səslənirəm: Bunu oxuyanlara deyirəm: əgər ortaya
original, əvvəllər olmamış ideya qoya bilmirsizsə, ya da ümumiyyətlə, sadəcə
bütün bunlar məşhurlaşmaq xətrinədisə, mən təəssüf edirəm. Sonra da deyirlər gənc
yazıçılar oxunmur. Bəs yaxşı onlar mənə nə təqdim edirlər? Əsas sual budur.
Gənc yazıçıların arasında potensialları olanlar var amma adı üstündə
gənc. Bəzən səbirsizlənirlər və çox şeyə məhdud yanaşma tərzi ilə yanaşırlar.
Konkret nə istədiklərini bilmirlər. Ola bilər original ideyaları var amma hələ
zəif olduqlarında fikirlərini ifadə edə bilmirlər. Bir-iki motivin əsasında
kitab yazırlar. “Kitab yazmaq”. Azərbaycan gəncliyi özünü hara kütləvi olaraq
yönəldirsə oranı bayağılaşdırır, bəsitləşdirir, eyniləşdirir, başqa məqsədlər
güdür.
Gənc yazıçıları da müəyyən məktəblər yetişdirir. Ancaq mən bilirəm
Əli Əkbər, Seymur Baycan, Varis kimilərini hansı məktəb yetişdirib. Və yaxud da
ümumiyyətlə məktəb yetişdirib onları?)) Onsuz da Avropanın, Amerikanın sözün
yumşaq mənasında “lazımsız” şeylərini bura gətirən serial və filmlər, hətta
kitablar “N” qədərdi.
Bəli bir oxucu kimi adətən, mənim
kitabdan tələblərim yüksək olur. Qiraətə yeni başlayanlar Varis kimi
yazıçılardan başlayıb, ədəbiyyat standartlarını onunla ölçəcəkələrsə, türklər
demişkən, eyvah, eyvah.
Optimistəm yoxsa pessimist? Nikbinəm. Ümidvaram ki, gələcəkdə ortaya
dəyərli əsər qoyanlar olacaq. Biz həmişə ədəbiyyatmız və musiqimizlə, bir sözlə
yaradıcıllığımızla tanınmışıq. Ənənəni pozmamaq lazımdır. Atalarımız bizə zəngin
ədəbi irs qoyub. İndiki gənc yazarlar da uzun illərdən sonra kimlərə görəsə
“ata” olacaq amma istəməzdim ki, homoseksuallığı, bayağı erotikanı qaldırıb
göyün üzünə qoyanlar kiminsə atası olsun.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment