Riçard Bax - Mariya üçün hipnoz

Riçard Baxın əsərləri, çox qəribə formada həm eyni həm də fərqlidir.
Mən elə hesab edirəm ki, bu yazıçının bir əsas mövzunu müxtəlif üsullarnan bizə
çatdırmağı onun ifadə bacarığının necə də yüksək səviyyədə olduğunu göstərir.
Onu da deyim ki, məhz bu tipdə yazıçılar azdır. Digər əsərlərində olduğu kimi
Bax bu əsərində də heç nəyin təsadüf olmadığını, baş verənlərin bizim hər dəqiqə
düşünüb verdiyimiz qərarlar əsasında formalaşan talenin işi olduğu deyir.

Aviassiya üzrə instruktor olan Jamie Forbes, təyyarədə huşunu itirən
pilotun arvadı Maria adlı qadına köməklik edir ki, təyyarəni sağ-salamat yerə
endirsin. Köməklik=hipnoz. O, özü də bilmədən bunu edir və uşaqlığında başına gələn
hadisəni yada salır. Daha sonra Jamie bəzi insanlarla qarşılaşır və özünə köməklik
edir. Beləcə də çox şeyi öyrənir.
Süjet həmişəki kimi mükəmməldir: uçuş, səma, yalnızlıq, arzular və əbədiyyət
axtarışı. Sadəcə tələsmədən və düşünərək, təsəvvürdə canlandıraraq oxumaq
lazımdır.
Kitabdan sitatlar:
-
Cəzbetmə
qanunu, vaxtı gələndə başqalarının da nəticəsini görə bildiyi öz-özünə hipnozdur.
- “ Mən
edə bilərəm...” kimi mənim müsbət həqiqətim mənim üçün yeni imkanlara və şərtlərə
yol açır. “Mən edə bilmərəm...” kimi mənfi həqiqət isə yolu bağlayır və mənim məhdudiyyətim
olur.
-
Divarlar
yalnız sənin təsəvvüründə var. Əgər inansan onların içidən keçə bilərsən.
- Qorxmaq?
Nədən? Yoxsulluqdan, yalnızlıqdan, xəstəlikdən, müharibədən, bədbəxt hadisədən,
ölümdənən. Onlar hamsını qorxunun əlamətləridirlər və biz onlardan qorxmağımızı
dayandıranda onlarda gücsüz olacaqlar.
Comments
Post a Comment