Carbon Nation

 Alternativ enerji haqqında, ekoloji problemlər və ümumiyyətlə ekosistem haqqında, hələ belə gözəl sənədli filmə baxmamışdım....

Peter Byckın həyat yoldaşı ilə birlikdə dörd ilə ərsəyə gətirdiyi filmin möhtəşəmliyi, ekosistem və dünya iqtisadiyyatı üçün fəaliyyət göstərən optimist fərdlərin işlərinə işıq tutması və bizə göstərməsidir. Sənədli filmin ingiliscə şüarı: “A climate change solutions movie”

Filmdə ən müxtəlif vəzifələrdə çalışan və ekologiya ilə əlaqədar müxtəlif sahələrdə fəaliyyətdə olan insanlar fikirlərini və şəxsi təcrübələrini bölüşürlər. Yaxşı tanıdığımız, dünyaca məşhur aktyor Arnold Schwarzenegger də günəş enerjisinin faydalı haqqında qubernator olaraq qısaca niqt deyir.))

21-ci iəsrin peyğəmbərləri: 21-ci əsrin peyğəmbərləri o kəslərdir ki, onlar təbiəti qorumaq üçün həyatlarını buna həsr edirlər. Belə insanlar var. Onlar dünyanın hər bir güşəsini öz evləri, hər bir insanı isə ailədən birisi kimi qəbul edirlər. Bax əsl insanlıq budur. Sənədli filmdə belə insanların olduğunu gördüm. Onlar gəcəkdə də təmiz ətraf mühitə sahib olacağımıza inanırlar. Düşünmədən enerjilərini bu yöndə sərf edirlər. Bu heç də asan bir şey deyil. Əhsən.

Ekologiya ilə əlaqədar məhz bu əsrdə biz çox iş görməliyik. Çünki 22-ci əsr bundan aslıdır. Ona görə də hər şeyin idarə altından çıxacağı “o nöqtə”-ni keçməməliyik.

Öyrəndiyim terminlər: Külək fermeri, külək turbinləri zavodu, karbon fermeri, iqlim dəyişiliyi məsləhətçisi, karbon vergisi, 

Texniki göstəricilər: Sənədli film kreativcəsinə çəkilmişdir. Operator işi əla, müşayət edən musiqi superdir. Filmdə hər hansı xoşuma gəlməyən məqam olmadı.

Nəticə: Əslində çox şeyi bu gün etmək olar, amma neft, qaz və bənzəri bizneslərdən milyonlar, milyardlar qazananlar süni manelər yaradırlar.  Əsas olan yeni nəslin belə mövzularda maksimum məlumatlandırılması və problemlərə həll yolunun tapılması uğrunda yetişdirilmələridir. Yeni liderlər, yeni düşüncə tərzləri məhz ekologiya sahəsində yetişməlidir.

İnsan belədir. Vəziyyət ağırlaşmadan ağlı başına gəlmir. Mən optimst olmasam da nikbinəm (necə ki, bir çox mövzuda beləyəm). Qənaət çox vacib məsələdir amma indiki kapitalizm sisteminin ifrat istehlakçı cəmiyyəti insanı bundan işıq sürətiylə uzaqlaşdırır. İnsanlar maksimum dərəcədə istehlak və ifratçılıq etməsi təbliğ olunur.

Yaşasın yaşıl texnologiya və yaşıl iqtisadiyyat!

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi