Contact


 Kinematoqrafiya bizə yerdənkənar şüur ilə əlaqədar çox filmlər təqdim edib. Bu filmləri iki böyük qrupda dəyərləndirmək olar:

1)    Gəlmələr bizə qarşı pis niyyətlidirlər. Onlar bizi ya məhv etmək ya da istismar etmək istəyirlər. Məsələn Müstəqillik günü (День независимости), Skyline və Dünyaların müharibəsi (Война миров) filmləri buna klassik nümunədir.
2) Gəlmələr bizə qarşı xoş niyyətlidirlər və bizimlə ünsiyyət saxlamaq istəyirlər. Nümunə olaraq Üçüncü növlə yaxın əlaqələr (Близкие контакты третьей степени) və E.T filmləridir.

Bu film isə bizə tamam fərqli yanaşma tərzini təqdim edir. Gəlmələr nə bura gəlir nə də biz kosmosun ənginliklərini ələk-vələk edirik. Onlar pis niyyətli deyillər. Onlar bizə, yerdə olan radio rəsədxanaların köməkliyi ilə, onlara da nə vaxtsa daha yüksək, ali şüur tərəfindən verilən zəruri bilikləri təqdim edirlər və biz də ondan istifadə edərək onlarla görüşürük. Əlbəttə filmə həvəs göstərənlər istərdim ki, izləsinlər. Ona görə də filmdə bu məlumatların bizə necə verildiyini yazımda təsvrir etmək istəmirəm.

Cudi Foster baş roldadır və deyərdim ki, performansı idealdır. O, ən müxtəlif emosional vəziyyətlərə düşməyi çox gözəl ifa edib. Dəfələrlə haqsızlığa məruz qalan alim, kainatın sirlərini öyrənmək istəyən insan və seçim edə bilməyən aşiq rolunu çox gözəl ifa edib. Bravo. Bravo.

Robert Zemeiks isə, filmin rejissoru, xüsusi film effektlərini çox ustalıqla istifadə edərək, bu janrda film çəkməyə xüsusi istedanının olduğunu göstərdi. Çoxlarından fərqli olaraq bu rejissorda “speçeffektlər”, izləyicini filmin əsas motivlərindən uzaqlaşdırmayacaq fondur, vasitədir. Bəzi filmlərdə isə xüsusi effektlərdən başqa heç nə olmur ki, bu da beyin yuma (brain washing) prosesidir.

Film səsimizin bu kainatda necə də zəif olduğunu göstərən səhnə ilə başlayır və elm və dinin əslində eyni yolda irəlilədiklərini (bununla müəyyən qədər razıyam müəyyən qədər də yox) göstərən epizodla da sona çatır.

Kainatda yalnızıqmı?


Digər yazılarımı oxumaq üçün: Əsas səhifə

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi