Prometheus - Прометей (I)
Qısaca motivlər: Qədim
abidələri araşdıran komanda Weiland şirkətini inandırır ki, bizi yaradanlar hansısa
uzaq bir planetdədirlər və gedib onlarnan söhbət eləmək lazımdır. Amma başqa məqamlar
ortaya çıxır. Bizi yaradanlar bizi məhv etmək istəyirlər. Niyə? Çünki insan çox
korlanıb. Özü-özünü və planetini məhv edir. Həddini aşır....
Bəyəndim: Bəyəndim,
çünki aktyor performansı pis deyil. Baş rollarda Michael Fassbender, Charlize
Theron, Noomi Rapace iştirak edirlər və mənim ən çox bəyəndiyim aktyorlardandırlar.
Bu aktyorlar filmə kalorit verməyə çalışıblar. Onlara söz ola bilməz.
Bəyənmədim: Bəyənmədim
çünki bu kosmik fantastika+ujasdı. Kifayət qədər psixoloji təsirli epizodlar və
iyrənc məqamlar var. Filmi mövzusu etibariylə çox daha səviyyəli çəkmək olardı
amma izlədikdən sonra görürsən ki, bu klassik ujas gəlmələrdən bəhs edən
standart filmi.
Nəzəriyyə: Bəli.
Belə bir nəzəriyyə var ki, insan adlanan canlı bu planetə bilavasitə hansısa
ali şüur tərəfindən gətirilib (bu dindarları hirsləndirir). Film bunu əməlli
başlı müdafiə və təbliğ edir. Film ilk epizodu məhz bununla əlaqədardı. Belə
ki, ilk epizodda gəlmə, zəhər içərək özünü öldürür və şəlalənin başından özünü
çaya atır. Bədəni çürüyür və Yer planetindəki suya ilk gen qarışır və həyat
yaranır.
Film düşündürür: Bəli
film izləyicini əcdadlarımızın keçmiş düşüncələri, mədəniyyətləri və şüur təkamülündə
harada yerləşdikləri haqqında düşündürür. Şüurlu varlıqlar var mı? Varsa
haradadılar? Onlardan nələri öyrənə bilərik? Dostdular yoxsa düşmən? Bəlkə
aramızdadılar? Bəlkə bizi yaxından izləyirlər...
Nəticə: Film
Hollivudun standartalrı əsasında çəkilən və nə ağla, intelektə nə də ruha bir
şey verir. Beyni söndürmək üçün gözəl filmdi. Ən təəssüfləndiyim məqamda budur
ki, belə filmlər kütləvi olaraq çəkilir.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment