American Beauty
Dünyada bu qədər gözəllik olarkən, qəlbində kin-küdürət saxlamaq çox
çətindir.
Bu film haqqında əslində çox danışmaq lazım deyil. Filmə lap 10 məqalə
də həsr etsəm yenə də hiss eliyəcəm ki, nəyi isə qaçırtdım. Kevin Speysinin
(Kevin Spacey) baş rolda olduğu bu filmi izləmək və zövq almaq lazımdır. Filmdə
hər şey yüksək səviyyədədir. Filmi çox bəyəndim. Hərgah əvvəlcə buna çox ümid
etmirdim. İMDb-də reytinqi yüksək olduğudan, filmi yüklədim, izlədim və həqiqətən
də bəyəndim.
Sanki son günlərinin fərqinə varan insan haqqında real hekayə. Həm
oxşar həm də fərqli olan iki ailənin müqayisəsi. Krizisli dövrün problemləri (yəni
yeniyetmə illərinin). Dərin fəlsəfə. Əla aktyor performansı hansı ki, onlar rol
oynamırlar, onlar filmdə yaşayırlar. Əlbəttə ki, yaxşı operator və rejissor
işi.
Çoxdan evli olan və evlilikləri demək olar ki “sönmüş” insanların həyatı
əla təsvir olunub. Bu problem bir çox ailələrdə olsa da, çox az insan hisslərinə
azadlıq verir. Çoxusu övladına görə, ailəsinə görə buna dözürlər. İş yoldaşlarına
və ailələrinə qarşı saxta təbəssün sərgiləyib, axşam bir-birilərinə gecən xeyrə
demədən yatırlar.
Filmdə keçid dövrünün problemləri də yer alıb. Bu vacib məsələdir.
Valdieyinlərin çətinlik çəkdiyi məsələdir. Çünkü onların özlərinin də problemləri
boğaza qədərdir. Valideynlərin ən çox səhv elədikləri məsələ də məhz budur.
Onlar bilmirlər bu problemlərə nə qədər yaxşınlaşsınlar. Ya heç
maraqlanmasınlar.
Gözəllik nədir? Rəngərəng rəsm əsəri? Gözəl bir film? Çox guman ki,
bu anlayış həm hər kəsə görə individualdır həm də çox adama görə eynidir. Rikki
adlı personaj filmin ən önəmli obrazıdır və bizim gözlərimizin açılmasında o
mühim əhəmiyyət kəsb edir. İzah etmək üçün gərək çox yazım. Bu zaman isə az
adam oxuyacaq. Məsləhət gördüyüm bir digər film.
Hər kəsin reallığı fərqlidir, özünəməxsusdur. Hər kəs gözəlliyi özünə
görə qavrayır!!
Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı da oxu: Əsas səhifə
Comments
Post a Comment