Ölüm Dəftəri - Death Note

Yapon anime serialları ilə yaxından tanışam. Naruto adlı bir sevmili yapon animesinin hər seriyasını izləmişəm və hələ də izləməyə davam edirəm. Amma birinci dəfədi bir animedə bu qədər məntiq, strategiya görürəm. Məhz bu da mənə çox xoş təsir edir. Bütün bölümlərinə bir nəfəsə və bir qram da olsun darıxmadan baxıram.

Baş obrazın – Yagami Lightın analiz etmə, strategiya qurma və özünü soyuqqanlı saxlama bacarığı məncə bir çoxlarında qibtə hissi yarada biləcək keyfiyyətdədi.

Konsepsiya: Sonuncu sinifdə şahird olan Layt adlı gənc məktəbli Yapon, dərsdə təsadüfən göydən yerə düşən dəftər görür və dərsdən sonra onunla maraqlanır. Dəftərdə deyilir ki, kimin adı dəftərdə yazılsa və onu, yəni həmin şəxsi üzdən tanısa, həmin şəxs öləcək. Əvvəlcə buna inanmayan Layt qısa müddətdə bunun doğru olduğunu görür və yeni dünya yaradıb orada Allah olmaq istəyir. Bütün işlərini isə ölüm Allahı Rük yaxından izləyir.

Amma bir dəqiqə!!

O, tək deyil. Onu dayandırmaq istəyən, əks cəbhədə yer alan bir digər yüksək, hətta deyərdim ali intelekt sahibi “L” var!! Artıq bu intelektlərin mübarizəsidir.

Və hadisələr anidən gözlənilməz istiqamətlərə dəyişir......

Ardı var....... 

Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə  







Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi