Karel Çapek - Salamandralar ilə müharibə - Война с саламандрами


Hadisələr birdən-birə dəyişir. Salamandralar insanlardan güclü
olurlar. Bilirsiz bu mənə robotları xatırladır. Robotlar da bizim gözümüz, əlimiz,
qulumuz və hətta lənətimiz olacaq. Buna aid bir çox film (xüsusilə film) və əsərlər
var (H.G Wellsi xatırlamaq yaxşı olardı.
Karel Çapek “Salamandralar ilə müharibə” romanını 1936-cı ildə yazıb.
Adolf Hitler özünü ali salamndranın timsalında gördü və yazıçını öz şəxsi düşməni
elan etdi. 1938-ci ilin 30 sentyabrında,
gecə saat birdə, baş nazir Eduard Daladye, böyük fürer və ali salamandra Adolf
Hitler və heç də ondan geri qalmayan digər salamandra – İtaliyanın baş naziri
Benito Mussoloni ilə Münhen razılaşmasını imzaladırlar. Nəticədə Çexoslovakiya
1939-cu ilin martında faşist salamandralar tərəfindən işğal edildi. Karel Çapek
bu tarixə qədər yaşamadı. 1938-ci ilin 25 dekabr tarixində dünyasını dəyişdi.
Onun qardaşı Yozef Çapek, Alman konslagerində məhv edildi. Faşist
salamndraların gəlməsindən qabaq yazıçının həyat yoldaşı Olqa yazıçının
arxivini bağda basdırır və faşistlər arxivi tapa bilmirlər. Ona görə də arxiv
qorunur.
Nəticə olaraq:
-
Əsər mənə
7-8 il bundan öncə oxuduğum Jül Vern əsərlərini xatırladaraq nostalji hisslər
yaşatdı (əsərin birinci yarısı).
- Salamandralar
canlı olaraq fərqli, maraqlı və olduqca diqqətə layiqdir və əsər məni bu
canlıları araşdırmağa istiqamətləndirdi. Nə də olsa insan ana bətnində olarkən,
inkişaf zamanı genetik qanunların təsiri ilə əcdadlarını təkrarlayır və digər
canlılara bənzəyir. Bu canlılardan biri də salamandradır.
-
Maraqlı
vaxt keçirdim. Coğrafi biliklərimi təkrarladım.
- Əsərdə
bir neçə janr kəsişir ki, bu həmişə mənim xoşuma gəlir: fantastika,
antiutopiya, xəbərdaredici roman, macera, drama.
Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə
Comments
Post a Comment