Anatom - Federiko Andaxazi
Rusca adı: "Анатом" Андахази Федерико
Tanış olaq – Andaxazi Federiko (Андахази Федерико): Argentina yazıçısı Andaxazi Federiko, 1963-cü il 6 iyun tarixində
Buenos-Ayresdə, şair və psixoloq ailəsində anadan olmuşdur. Psixologiya üzrə təhsil
alsa da həyatını ədəbiyyata həsr etmişdir.
1995-ci ildə çap olunan “Anatom” əsəri ilə məşhurlaşdı. Bu əsər ölkəsində
erotik janr üzrə bir çox polemikalara səbəb olmuşdur.
Yazıçı əsərlərində müxtəlif janrlardan istifadə edir: dedektiv,
qotik-roman, pritça. Öz əsərlərində o, real faktalara əsaslanır və sevginin,
yaradıcıllığın əbədi problemlərini işıqlandırır.
Əsərin dəyəri: Əsər
haqqında çox da yüksək düşüncədə deyilməsə də, gözümdə dəyərsiz də deyil. Əsər
haqqında tanıtım üçün yazılanları oxuyanda ümidlərim çox böyük oldu. Orijinal
ideya daşıyıcısı və yeni biliklər. Hərgah bu özünü doğrultmasa da, vaxtım
maraqlı keçdi.
Federiko Andaxazi |
Motivlər: Əsərdə
təsvir olunanlar bizi, kilsənin hökmranlıq etdiyi və inkivizisiyanın ən əsas cəzalandırma
vasitəsi olduğu orta əsr Avropasına aparır (16-cı əsr). Roma papasının həkimi,
praktiki tibblə yanaşı insan bədənini də təhlil edir. O inanılmaz bir nəticəyə
gəlir: qadınların bütün hərəkət və fəaliyyətlərini, sağlamlıq və davranışlarını “Amor Veneris” adlı orqan idarə edir.
Mateo Kolumb bu orqanı qadın cinsi orqanında kəşf edir (necə ki,
adaşı X.Kolumb Amerikanı kəşf etdi, Mateo da öz Amerikasını kəş etdi) və “De
Anatomia” anatomiya əsərinə əlavə edir. Buna görə o, kilsə məhkəməsində cavab
verir və olduqca məntiqli, ağıllı sübutlar gətirir.
Nəticə: Əsas
sual odur ki, bu əsər faydalı ola bilər mi? Deyərdim ki, bu və bənzəri
mövzularla maraqlananlar, həkimlər və psixoloqlar üçün xüsusi maraqlı ola bilər.
Fərqlilikdi. Hər halda yazar, bizim “çağdaş gənc yazarlar”-ımız kimi mavilərin
maceralarından yazmıyıb.
Əsərdə həm qatıldığım həm də mənə olduqca gülməli və mənasız gələn məqamlar
da oldu (məsələn qadınların ruhu olmur kimi fikir). Orta əsr Avropa elm
adamının roman da adlandırmaq olar əsəri.
Güclü final, yadda qalan epizodlar və əla bədii ifadə vasitələri.
Federiko Andaxazi yaradıcıllığı ilə tanış olduğuma şad oldum.
Comments
Post a Comment