Moon - Луна 2112
Bir az paradoksal vəziyyətə düşdüm (bu məndə çox tez-tez olur). Moon
filmini izlədikdən sonra hiss etdiyim hissləri əsasən Kristofer Nolan filmlərində
hiss etmişəm. Filmi izlədikdən sonra “Filmi bəlkə elə o çəkib” deyə düşünməyə
bilmədim. Paradoks isə ondadı ki, film haqqında həm çoxlu danışmaq (indiki vəziyyətdə
yazmaq) istəyirəm həm də ağlıma bir şey gəlmir. Gələnlər isə bunlardır:

Klon: Bu mövzu olduqca geniş, müzakirəyə açıq həm elmi həm də sosial
mövzudur. Filmdə bu çox əla, çox gözəl formada öz əksini tapıb və fantastika
sevənlərə məsləhət görürəm. Hər şeyi bura yazmaq istəmirəm. Əsas vəzifəm qısaca
məlumat verməkdir. Filmə marağınız yarandısa, fantastik dramanı izləyin. Belə
mövzuları sevənlər filmi izləyib peşman olmazlar məncə.
Aktoyr
performansı: Bir sözlə super
Uğurlar.
Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə
Comments
Post a Comment