Şeytanın oxşarı - The Devil's Double - Двойник дьявола


Uzun zaman bu yazını yazıb yazmamaq haqqında düşündüm və bu film haqqında yazmaq qərarına gəldim. Dominik Kuperin (Dominic Cooper) performansı filmin özündən də diqqətə layiqdir. Adam rolları dahiyanə edib. Kuper iki fərqli rolu o dərəcədə gerçəyə yaxın reallaşdırıb ki, filmin bir qəhrəmanına güclü nifrət etməyə, digərinə də təəssüflənməyə başlayırsan. Məncə filmin uğuru aktyorun çox gözəl, əla rol oynamasıdır. Ludivine Sagnierin filmdəki yeri (fahişə rolu) xüsusi olsa da performansını bəyənmədim və mənə elə gəlir ki, aktrisa bu filmdə özünü heç də yaxşı ifadə edə bilmədi. İnandırıcı deyil sanki.

Filmin motivlərinə gəldikdə isə: mən heç vaxt Səddam Hüseyn və onun ailəsi ilə maraqlanmamışam. Əsas tarix kitablarından bilirəm və bir də bir çox insanlara təsir edən biabırçı edam olunuşundan. Bu arada Səddam Hüseyn Nostradamusun kafir adlandırdığı üç insandan birisidir. O sonuncu kafirin Səddam Hüseyn olacağını yazmışdı və onun biabırçılıq içərisində hakimiyyətdən gedəcəyəni demişdi. Maraqlıdır. Yaxşı bığları olan digər bir tiran. Nostradamusa görə birinci kafir Napaleon, ikinci kafir isə Hitlerdir.

Filmi çəkənlər 90-ıncı illərin abu-havasını filmdə verilən epizodik səhnələrlə təmin etməyə çalışsalar da bu çox da uğurlu alınmayıb deyərdim. Filmin tarixi film kimi heç bir dəyərəi yoxdu. Filmi izləmək ya da izləməmək kimi seçim qarşısında qalanlara deyərdim ki, bəli izləyin. Çünkü Dominic Cooperin rolu ifa etməsi çox çox superdir. Aktyorlardan başı çıxan adamlar məncə nə demək istədiyimi başa düşdülər.

Filmin mövzusuna gəldikdə isə: Səddam Hüseynin oğlu Udey Səddam Liviya ordusunun leytenantı Lətif  Yəhyaya onun oxşarı olmaq təklifini edir. Ailəsinə qarşı olan təhlükə qorxusuna görə Lətif bununla razılaşır və Udey nəyi varsa Lətifə də onlara sahiblənməyə icazə verir. Bir şey istisnadır – Qadınlar (daha doğrusu fahişələr). Buna baxmayaraq Lətif, Udeyin “O, Bağdadda ən yaxşısdır” deyə kompliment dediyi Sarraba qarşı xüsusi hisslər keçirdməyə başlayır. Udey narkotik qəbul edib, əylənib, qızları oğurluyub zorlayıb sonra öldürdüyü müddətdə Lətif onun işlərini görür: xüsusiylə İraq ordusunu Küveytə qarşı olan müharibəyə qızışdırır.

“...lənətə gəlsin. Mən bilirəm ki, insanlar boğulurlar, bilirəm, bilirəm ki, boğulurlar, kişilər, qadınlar, əsgərlər, hamı əlini, ayağını itirir, zəif millətdi, mən onların bütün itkilərinə tüpürürəm...” Udey Səddam Hüseyn (Səddam Hüseynin oğlu).

Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə   

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi