Mixail Boçkaryov - Pullar


Михаил Бочкарёв — Деньги-денежки: Mixail Boçkaryovun bir digər hekayəsi ilə davam edirik: Çox insan daha çox və daha çox qazanmaq üçün özünü əldən salır. Daha yaxşı yaşamaq. İstehlak edib həzz almaq. Daha çox və daha çox. Bir az da çox. İnsanların çoxusu elə əsas bədən haqqında düşünür. Ruh və mənəviyyat haqqında düşünən isə olduqca azdı. Davam edin. Həzz alın. Lüks maşınlar, bahalı geyimlər, yemək-içmək və villalar...

Hekayə, anidən içi heç vaxt boşalmayan və miqdarı sabit – 365 ABŞ dolları və 12340 Rusiya Rublu olan pul qabı tapan birisinin başına gələnləri təsvir edir. Yazıçı bizə həyatda ən dəyərli şeyin vaxt olduğunu açıq-aşkar deyir. Pul miqdarının 365 olması bir ilin gün sayısıdır. Biz maddi imkanlarımızı ən müxtəlif yollarla artırmaq potensialımız var. Pul qabımız boşalıb dola bilir amma balansımızda olan zaman miqdarı özümüz tərəfindən təəssüf ki, artırıla bilinmir, yalnız boşalır, dolmur.

Hər şey bununla da bitmir. Belə bir möcüzəni əldə edən insan hansı hissləri keçirdə bilər? Axrı nə ola bilər? Bax bütün bunlar həcmcə qısa, üfüqcə sonsuz hekayədə çox gözəl və diqqətə layiq formada yer alıb. Əslində isə mövzu mənə yad deyil. Qaraqanın “Bir Milyon Dollarım Olsaydı” kitabı da bu hekayə ilə 90% üst-üstə düşür. Ona görə də əslində yeni bir şey olmadı. Sadəcə “Bir Milyon Dollarım Olsaydı” mövzunun milli versiyada olan formasıdır.
                                                       Çay Göbələyi - Mixail Boçkaryov
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi