Mixail Boçkaryov - Fırıldaqçılar - Михаил Бочкарёв — Мошенники
Və bu da internetdə yazarın son səsli hekayəsi. Bu hekayəni əvvəlkilər
qədər bəyənməsəm də, heç də pis deyil. Üstəlik müəyyən mənada ixtisasımla da əlaqədardır.
Belə ki, hekayə kreditlərin verilməsi üzrə aparıcı mütəxxəsisin həyatından olan
3 günü təsvir edir. Ən müxtəlif ixtiraçılar onun yanına kredit almaq ümidiylə gəlirlər
amma o, onların hamsını fırıldaqçı adlandırır. Hekayənin ən yadda qalan şəxsi,
özünə Allah deyən birisi olur və o, qəhrəmanımıza müəyyən bir bacarıq bəxş
edir. Belə ki, qəhrəmanımız günah iş görərkən onu bir balaca tok vurur. Sonra
yanına gələn cazibədar qadına “padxod” etmək istəyəndə, qadın onu elektroşokla
vurur və beləliklə qəhrəmanımız 6 ay reanimasiyada qalır.
Xəstəxanada olarkən televizora baxır və fırıldaqçı adlandırdığı
insanların necə uğur qazandıqlarının şahidi olur (hərgah bu çox mənasız və məntiqsiz
final oldu). Bilirsiz, əvvəlki hekayələrdə aktual problemlər bəddi dillə ifadə
olunmuşdu, amma burda şəxsən mənim üçün yadda qalan və mənalı əsas mütəxxəssisin
ixtiraçılarla görüşməyi və onlarla olan söhbətləri oldu. Belə deyək, gələcəkdə
lazım ola bilər.)))
Hekayəni Dinləmək üçün tıkla (Rusca)
Hekayəni Dinləmək üçün tıkla (Rusca)
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment