Böyük Şahmat Taxtası - Zbiqnev Bjezinski
“Bu
kitabın böyüklüyü, Avrasiya dövlətlərinin stratejik ehtimallarını və siyasi
dilemmalarını təhlil etməsindədir. Bjezinskinin Çin, Yaponiya və ABŞ əlaqələr
üçbucağının təhlili və təklifləri xüsusilə yaxşıdır” – Newsweek
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Beynəlxalq münasibətlər və siyasətlə məşğul olanların əvəzsiz,
stolüstü kitablarından sayılan böyük şahmat taxtasını oxumaq mənə də qismət
oldu. Tərcümə pis deyil, anlaşıqlıdır. Sistemli yanaşmalar diqqətə layiq, yadda
qalıcıdır.
Kitab dünyanın ümumi mənzərəsini anlamaqda mənə çox kömək oldu. Beynəlxalq
münasibətlər, siyasət və tarix sahəsində təhsil alanlar xüsusilə oxumalıdır bu
kitabı. Sadəcə bu sahənin adamları da deyil, eyni zamanda dünya iqtisadiyatı ilə
məşğul olanlara da, istifadə edəcəkləri siyasi mühit analizi üçün ilkin bilikləri
təmin edə bilər.
ABŞ-ın Avrasiyadakı xarici siyasətini bölgə-bölgə analiz edən
Brzezinski Rusya üçün Azərbaycanın və Ukraynanın ən önəmli ölkələr olduğunu
deyir. Azərbaycanın adı bir neçə dəfə çəkilir. Xüsusilə Orta Asiyanın Avropa ilə
əlaqəsi üçün ölkəmizin necə də vacib olduğu deyilir.
“Böyük
Şahmat Taxtasın uzun zaman idi ki, gözləyirdik: ABŞ-ın soyuq müharibə
sonrasındakı stratejik mənfəətlərini sağlam ifadə edən bir kitab. Tarixi,
coğrafi və siyasi təhlillərin möhtəşəm sintezi” – Samuel P. Huntington,
Harvard Universiteti.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment