Çay Göbələyi - Mixail Boçkaryov

Rusca Adı: "Чайный гриб" Михаил Бочкарев


Son vaxtlar kefim-əhvalım heç yaxşı deyil. Elə günlərin birinin sonunda yaradıcıllığına yaxşı bələd olduğum Mixail Boçkaryovun “Çay Göbələyi” hekayəsini internetdən yükləyərək dinlədim. Yazarın çox fərqli üslubu var. Bəlkə də dostumuz, tanışımız və ya yazmağı aşağı yuxarı bacaran birisi belə bir şey yazsa onu lağa qoyarıq amma bu yazar fantastikanı elə ustalıqla istifadə edir ki, “Təkamülün Sirləri” hekəyəsində tısbağanın dil açıb bəşər haqqında dedikləri kimi burada da göbələyin dil açması və planlarını reallaşdırmasına təəccüb etmədim. Yumşaq həyəcan və simamda tez-tez peydə olan təbəssüm günün yorğunluğunu unutdurdu mənə.

Qısaca deyim ki, hekayədə qəhrəmanın uzun zamandı sağlamlıq məqsədilə böyütdüyü çay göbələyinin, zibilliyə atılma təhlükəsi qarşısında dil açıb, insanı daha sonra insanlar qrupunu müstəmləkə etməsi təsvir olunub. Bu metaforadır. Əgər diqqətlə baxsaq, rahatca görərik ki, bu gün Amerikanın populyar mədəniyyət vasitəsiylə etdikləri ilə bizim bu kiçik amma olduqca maraqlı hekayədə yer alan göbələyin (onun hətta adı da var) etdikləri fərqli deyil. O, özünün imperator nəslindən gəldiyini deyir və əməlləri də imperialistcəsinədir. Bir imperialistin qısa xülasəsi də demək olar.

Sonda isə aydın olur ki, hekayənin insan olan baş qəhrəmanı bu göbələyi yeyərkən zəhərlənib və bütün hadisələr halüsinasiyalar imiş. Maraqlı oldu. 

Hekayəni dinləmək üçün: Buraya tıkla
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi