Kamal Abdulla - Sehrbazlar dərəsi
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Ölkəmizin ən yeni bədii ədəbiyyat nümunələrindən olan Pərviz Cəbrayılın "Yad dildə" əsərindən olduqca yüksək təəssüratlarla ayrılmışdım. Ondan qabaq isə İsa Muğannanın kiçikhəcmli hekayələri mənə miqyası heç də balaca olmayan məsələlərin başına dolandırmışdı. Elə bu səbəbdən də bu festivalı davam edib, müasirlərdən maraqlı və oxunmağa layiq kitabları axtarmağa davam etdim. Səyahətim məni Kamal Abdullanın "Sehrbazlar dərəsi"nə gətirib çıxardı.
Dərəyə belə bir adı qoymuşdular ona görə ki, dörd ətraf bilib görüb inanmışdı ki, bəlkə də kürreyi-ərzin ta Məqribdən Məşriqə qədər hər bucağından adlı-sanlı sehrbazlar gəlib buranı özlərinə yaşamaq üçün məskən seçmişdilər. Nə üçün buranı seçmişdilər – bilən bunu bir adam yox idi, onlar özləri isə bu barədə bir kəlmə dinib-danışmırdılar. Dərə boyu elə sehrbazdı görürdün – iki-bir, tək-tək, topalaşıb orabura gəzişər, ya əlqol ata-ata bir-birinə nəisə deyər, ya da eləcənə susub durardılar. Dərənin üstündən məmləkətə gedən bu yol sehrbazlar üçün əsas həyat mənbəyi idi, bu yolla gedənlərin nəzirniyazına, pay-peşkəşinə ümidli idilər, dolanmaq üçün yetərli idi, bəzən də bu sehrbazlardan hansınısa yolla gedənlərdən bir kimsənə götürüb özü ilə aparardı, cadu-sehirindən istifadə edər, hansısa məqsədə çatmasından ötəri onun möcüzkar köməyinə iman gətirərdi. Sonra sehrbaz möcüzkar işini görüb tamamladıqdan sonra yenə də öz qaldığı yerinə, Sehrbazlar dərəsinə qayıdardı, yarısı yerə batmış, torpaq üstə çır-çıxıntısını ancaq bunun özünün tanıdığı bir yarıçılpaq qayanın dibinə yetişdikdən ancaq sonra asudə nəfəs alardıKamal Abdullanın yazdığı "Sehrbazlar dərəsi" isə "Yad dildə"ni də geridə qoyduğunu rahatlıqla söyləyə bilərəm. Digər tərəfdən çox sevindim ki, sadəcə efir üçün yazan ucuz psevdoyazıçıların xırda fikirlərini əhatə edən kitablarla yanaşı, sanballı ədəbi ağırlığa malik olan, ideya yükü daşıyan və müəyyən ədəbi üslubu izləyən müasir ədəbi nümunələr hələ də ölkəmizdə işıq üzü görür. Bilirsiz, bu ciddi problemdir. Yaxşı romanlar, hekayələr və nəzm əsərlərinin formalaşıb özünü kitab rəflərindən oxucuların qəlbinə və beyninə yol tapması vacib mövzudur. Hər necə şərait tüğyan edirsə də etsin, cəmiyyət hər bir halda yaxşı yazıçıları yetişdirə bilir.
Professor Aydın Talıbzadənin kitaba yazdığı ön sözdə deyilir: Yazıçı Kamal Abdullanın oxucunun diqqətinə müxtəlif dillərdə təqdim edilən “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur. Orta əsrlərdə islam fəlsəfəsini, poeziya və musiqisini formalaşdırmış bu mühüm kulturoloji istiqamətin müasir mədəniyyətə təsiri bu gün də davam edir. Həmin dövrdə bu ədəbiyyat bütün müsəlman xalqlarına – həm ərəb qəbilələrinə, həm də türkdilli (o cümlədən Azərbaycan) və farsdilli xalqlara mənsub idi. Hərçənd, müsəlman aləminə yalnız dolayısı ilə cəlb edilmiş xalqların poeziyasında da klassik islam ədəbiyyatının elementləri müşahidə olunurdu.
Biz həqiqətən də heç də tez-tez qarşılaşmadığımız yerli ədəbiyyat nümunəsi ilə qarşı-qarşıyayıq. Kamal Abdullarının yazı üslubu mənə Orxan Pamukun əsərlərini, daha doğrusu "Mənim adım Qırmızı"nı xatırlatdı. Belə əsərlər yaza bilmək üçün yazıçılar uzun müddət qədim dövrləri araşdırır, onlarla tarixi ensiklopediyalar oxuyur və dərin təhlillər aparırlar. Bütün bunları etməkdə məqsəd, onların çiyinləri üzərinə düşmüş ağır vəzifələrin öhdəsindən alnıaçıq, üzüağ çıxmaq istəkləridir: keçmiş zamanda baş verənələri müasir insana nümayiş etdirmək, üç zaman tipini bir anda birləşdirmək, ən müxtəlif mədəni elementləri elə ideal düz-qoş etmək ki, oxucu onu hələ özündə uzun müddət yaşada bilsin və s.
Heç şübhəsiz ki, yazıçı uzun müddət araşdırdığı Kitabi Dədə Qorquddan ilham alıb və dərin sufizm bilgilərindən istifadə edib. Əsəri fransız dilinə tərcümə edən və eləcə də ona ön söz yazan Daniel Rottenberq qeyd edir: Romanın mövzuları əsrlərdən bəri insan varlığını narahat edən mövzulardır: gerçəklik və xəyal arasında daimi təbəddülatlar; bir çox mədəniyyətlərdə Yer həyatının amansızlığının o biri dünyadakı təsəlli ilə əvəzlənə biləcəyi ümidi; gerçəkliyin əzablarını anlamaq, dəf etmək və həll etmək üçün fövqəltəbii qüvvəyə arxalanmaq arzusu. Lakin o həm də bizə əxlaqi dərs verir: öz canında, öz mövcudluğunda və ya dolayısı ilə öz keçmiş ailə həyatında əzilmiş və təhqir olunmuş hər bir fərdə təbii xas olan qisas gerçəklikdə heç bir həzz vermir və fərdin daimi xoşbəxtlik axtarışındakı yoluna həmişə sədd çəkərək yalnız bədbəxtliyi təkrarlayır və yayır. Qisas ədalət deyil, o, yalnız qəddarlığa cavab olan qəddar reaksiyadır. Xüsusilə nəsillərdən intiqam almaq niyyəti ortada olan zaman, qisasın yararsızlığı və tam əsassızlığı üzə çıxmış olur. Bax, bəşəriyyətin bütün tarixi boyu verilən sual budur: fərdlər özlərindən öncəkilərin hərəkətlərinə görə məsuliyyət daşımalıdırlarmı? Müəllif öz kitabında bu suala aydın cavab verir.
Öz-özlüyündə mövzu təcrübəli oxucular üçün əlbəttə ki, yeni deyil. Buna baxmayaraq insanı motivasiya edən və oxumağa sövq edən ən əsas məqam ondan ibarətdir ki, belə əbədi mövzulu tarixi roman müasir təfəkkürün məhsulu olub, cəmiyyətin bu müstəvidəki hazırlıq dərəcəsini nümayiş etdirir. Kamal Abdulla bu əsəri yazaraq sadəcə öz adını ucaltmayıb, sadəcə bir yazıçı kimi öz bacarığını ortaya qoymayıb, eyni zamanda o, ölkənin, cəmiyyətin müasir ədəbi təcrübəsinin hansı dərəcədə olduğunu göstərib. Bu olduqca kritik xarakterli məsələdir. Regionda ən yaradıcı fərdi insanları yetişdirməyi bacaran cəmiyyət kimi bu haqda əminliyimi artırmağım, son dövr üçün həyatımı asanlaşdıran məqamlardan biri olduğunu deyə bilərəm.
Sehrbazlar dərəsi bəni adəmin xislətini formalaşdıran dünyəvi illüziyaları əhatə edən, onu daha maraqlı sousda təqdim edən ləziz təamdır. Sevginin isə ən xüsusi forması təsvir edilib. Onu yalnızca həqiqi mənada dərinliyi görməyi bacaranlar başa düşə bilər. Əsərin universallığı onun ruhiyyat və materialistik aləm arasındakı sərhədi incəltməsində dayanır. Baş obrazın əslində özünü axtardığını və bu yolda necə də səhv etdiyini görmək üçün hər cürə əqli bacarığa malikik.
Bəziləri bu mövzuların artıq çox müzakirə olunmuş və razılaşdırılmış mövzular olduğunu söyləyə bilər. Həm Şərq, həm də Qərb ədəbiyyatı məhəbbət, qisas, zorakılıq, istibdad və mərhəmət mövzusunda yazılan əsərlərlə zəngindir. Lakin hadisələrin cərəyan etdiyi dövrün naməlum olmasına baxmayaraq, Kamal bəy bu mühüm mövzuları orijinal bir mühitdə və bəzən də poetik bir stildə bizi cazibədar və riqqətli aləmə apararaq canlandırır. Və bu, şübhəsiz ki, oxucunu sonadək gərginllikdə saxlayır - Daniel Rottenberq.
Sehrbazlar dərəsi bəni adəmin xislətini formalaşdıran dünyəvi illüziyaları əhatə edən, onu daha maraqlı sousda təqdim edən ləziz təamdır. Sevginin isə ən xüsusi forması təsvir edilib. Onu yalnızca həqiqi mənada dərinliyi görməyi bacaranlar başa düşə bilər. Əsərin universallığı onun ruhiyyat və materialistik aləm arasındakı sərhədi incəltməsində dayanır. Baş obrazın əslində özünü axtardığını və bu yolda necə də səhv etdiyini görmək üçün hər cürə əqli bacarığa malikik.
Bəziləri bu mövzuların artıq çox müzakirə olunmuş və razılaşdırılmış mövzular olduğunu söyləyə bilər. Həm Şərq, həm də Qərb ədəbiyyatı məhəbbət, qisas, zorakılıq, istibdad və mərhəmət mövzusunda yazılan əsərlərlə zəngindir. Lakin hadisələrin cərəyan etdiyi dövrün naməlum olmasına baxmayaraq, Kamal bəy bu mühüm mövzuları orijinal bir mühitdə və bəzən də poetik bir stildə bizi cazibədar və riqqətli aləmə apararaq canlandırır. Və bu, şübhəsiz ki, oxucunu sonadək gərginllikdə saxlayır - Daniel Rottenberq.
Ya Allah! Ya sevgili, Allah, sən özün kömək ol. Sən özün kömək ol ki, dünyada hər şey öz həmişəki axarı ilə getməyinə davam etsin, yəni bu dünyada yenə də çaylar həmişə olduğu kimi üzü yuxarıdan üzü aşağıya axsınlar, ağaclar, otlaq, çiçəklər günəşə doğru can atsınlar, yağışlar göy üzündən yer üzünə tökülsünlər, kölgələr işıqdan qoruna-qoruna adamların dalınca düşsünlər, məhəbbətin min bir adı olsun, həyatın gəlişi ölümün gəlişini qabaqlasın və bütün canlılar əvvəldən sona doğru gedən bir yoldan heç vədə çıxmasınlar...
İbrahim bəy, sizin təhlillərinizi oxumaq hər zaman maraqlıdır. Daha əvvəl Kamal Abdullanın Nobel Ədəbiyyat üçün də namizəd göstərlidiyi haqda bir şey oxduuğumu xatırladım yazınızı oxuduğum zaman. Yazınızdan sonra bu əsəri oxumaq fikrinə də düşdüm, xüsusən Orhan Pamuk tərzi və digər yazıçılarımızın əsərləri ilə müqayisənizdən sonra. Əməyinizə sağlıq. Çox sağ olun.
ReplyDeleteTehran bəy, çox minnətdaram. Çox şadam ki, yazılarımdan faydalanan oxucular var. Bu əsər olduqca maraqlı oldu. Son dövrlər oxuduğum maraqlı kitablar siyahısına daxil etdim. Hər halda Nobelə namizədlik məsələsi bir qədər incə məsələdir. Buna baxmayaraq Kamal Abdulla həm çox savadlı alim, həm də yaxşı yazıçıdır.
Delete