Tokyo! - Токио!




Üç meqaistedadlı rejissor (Michel Gondry, Leos Carax, Joon-ho Bong)  bu qeyri-adi filmdə birləşdilər ki, böyük şəhər olan Tokioda yaşayan üç nəfərin hekayəsini dünyaya çatdırsınlar. Film Tokionun neçə böyük, dinamik, gözəl, inkişaf etmiş və heyrətamiz şəhər olduğu haqqında deyil. Film onun sakinlərinin haqqındadır. Onların həyatı və problemləri haqqındadır. Bir şəhər, üç rejissor və üç hekayə-metafora. Film üç hissədən ibarətdir. Bu üç hissə özünə görə həm müstəqildir həm də əlaqəli.

“İnteryerin Dizaynı” – Transformasiya – Mişel Qondri - Gənc cütlük Tokioda qalmağa gəlirlər. Oğlan məşhur rejissor olmaq və öz ambisiyalarını reallaşdırmaq istəyir. Qız isə birdən başa düşür ki, onun heç ümumiyyətlə heç bir məqsədi yoxdur. Həyatdan nə istədiyini bilmir. Bunu anladıqdan sonra o, özünü çox qeyri-adi vəziyyətdə tapır və birdən özünü çox lazımlı olduğunu görür. Həyatdakı yer, özünü axtarmaq, arzular, məqsədlər və hamının axtardığı o xoşbəxtlik haqqında hekayə. Fəlsəfə, ironik və mehribandır – Qondri həmişəki kimi dahidir.

“Zibil” – Anarxiya – Leos Karakas – Qorxunc, iyrənc, kürən saqqallı, insan ya da nə məxluq olduğu bilinməyən varlıq kanalizasiyadan çıxıb şəhər əhalisini terrora məruz edir. Nəticədə məhkəmə qarşısında cavab verir. Cəmiyyət qanunları və əgər bu qanunları qəbul etmirsənsə bu cəmiyyətdə yaşamağın mümkünsüzlüyü, fərqli olmağın necə də çətin bir şey olduğu və bütün bunların nə ilə nəticələnəcəyi haqqında absurd, provakasiyalı və hətta gülməli bir hekayə. Albert Camusun “Yad” əsərini xatırlatdı.

“Tokiosilkələnmə” – Diriliş - Joon-ho Bong
“ 10 ildir ki, mən bu evdə yaşayıram. Məm xikikamoriyəm ( yapon sözü olan Xikikamori sosial cəmiyyətdən uzaq düşən və yüksək səviyyəli tənhalıq dərəcəsi olanlara deyilir). Adətən Xikikamorilər valideyin hesabına yaşayırlar amma mən tək yaşayıram. Qəribədir amma mən televizora baxmıram. Axrıncı dəfə onu nə vaxt yandırmışam yadımda deyil. Hər gün yemək yeyirəm. Stol mənə lazım deyil.  Diqqətli olanlar artıq başa düşdülər ki, 10 il ərzində mən təmizliyi incəsənətə çevirmişəm. İnanmaq çətindir amma bütün bu kitabları mən oxumuşam. Axır vaxtlar dağlar, balıq tutmaq və səyahətlər haqqında jurnallar oxuyuram. Birdən ev üçün darıxmağa başlayıram. Heç vaxt insanlarla ünsiyyət saxlamağı sevməmişəm. Heş vaxt günəş işığın sevməmişəm.Bax artıq 10 ildir ki, mən hərəkət etmirəm......”
Cəmiyyətdən ayrı düşən birisi artıq 10 ildir ki, evdən çölə çıxmır, heç kimlə ünsiyyət saxlamır. Deməli adam atasının göndərdiyi pullarnan yaşayır və hər şeyi evə çatdırılma ilə alır və bu zaman kuryerlərin üzünə belə baxa bilmir. Bir gün isə evinə çox gözəl bir qız pizza gətirir. Bu görüş onların dünyasında zəlzələyə səbəb olur. Sanki iki tektonik plitə toqquşur və oğlan dünyaya, həyata qayıdır. Tənhalıq, nəhəng şəhər, insanların ətraflarında düzəltdikləri divarlar və bu divarların dağılması haqqında hekayə. Gözəl, romantik və dərin mənalı. Düşünməyə vadar etdi.

Bəzi rejissorlardan fərqli olaraq bu rejissorlar çalışmayıblar ki, Tokionu tərifləsinlər və ya necə əsrarəngiz şəhər olduğunu göstərsinlər. Əksinə. Böyük meqapolislərin insanların üzərində necə ayırıcı təsir göstərdiyini, onları bir-birindən ayırdığını amma buna baxmayaraq özlərini axtarıb tapmalı olduqları haqqındadır. Gizli problemləriylə bizə meqopolis həyatını göstərən, bir-birindən fərqli amma bir-birilərini əla tamamlayan üç hekayə. Süjet fəlsəfi, anlatım parlaq, bəzi hissələri hətta sürrealist, əla yumor, yadda qalan personajlar və izlədikdən sonra təəsüratlar dənizi yaradan film.

Stul, bədən və asosyalizm: şəhər mühiti

P.S. – Yazı kinopoisk.ru sayıtının müvafiq film üzrə izləyici şərhi (80%) və şəxsi fikirlərim (20%) əsasında hazırlanıb. 
Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı da oxu: Əsas səhifə   

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi