Riçard Baxa məktubum....


Dünən sənin ölüm xəbərini eşitdim. Kədərləndim. Təyyarə qəzasına düşdün. İkimiz də bilirik ki, sən həyatını təyyarəsiz, uçuşlarsız təsəvvür etməmisən. Və bu səbəbsiz deyildi. Axı uçmaq azadlığın tərənnümüdür. Ölüm də həyatda olan bir prosesdir və azad olmaqdır.

Əsərlərinlə dünya səni əbədi qazanıb. Sən digər böyük ustadlar kimi ölümsüzsən. Çoxlarının həyatında sən yenidən və yenidən doğulacaqsan. Bu reinkarnasiyadan da üstün bir şeydi. Əminəm ki, çoxları axtardıqlarını sənin əsərlərində tapacaq və ruhi səyahətlərə çıxaraq, özünü və eyni zamanda bu kainatı  öyrənərək, kəşf edərək dünyanın, insanların  daha yaxşı olması üçün çalışacaq.

Əsərlərində olanlar mənim ehtiyacım olan şeylərdi. Axtardığım, düşünüb, düşünüb amma hələ də dərk etmədiyim şeylər. Qısa müddət ərzində sənin əsərlərin mənə çox şeyi yenidən xatırlatdı amma yenə də yaşamaqdan qorxmağa davam edirəm. Hələ də tam dərk edə bilmədim. Amma olsun. Ümid edirəm düzələcək...

Sənin əsərlərinin fərqliliyi ondadır ki, onları oxuyaraq biz öz-özümüzü öyrənirik. Tanış oluruq. Sən əsərlərində öz həyatını yazaraq əslində bizim həyatımıza da işıq salmısan. Sən bizim haqqımızda yazmısan. Bizim. Biz insanların haqqında. İnsanın nələr edə biləcəyi və nələr ilə əhatədə olduğu haqqında. Və mən sənə buna görə dərin, səmimi qəlbdən, simamda yüngül gülüş və mənəvi rahatlıqla təşəkkür edirəm.


Biz heç vaxt heç kimi itirmirik. Odur ki, dünən 3 sentyabr 2012-ci il tarixində səni itirmədik. Sən sadəcə formanı dəyişdin. Sənin bəşəriyyətə qoyduğun bu qiymətli mirasın çoxlarına bələdçilik edəcək.

                                                                          Riçard Bax kmidir?
                                                          Riçard Bax - İllüziyalar
                                                           Conatan Livinqston Adlı Qağayı - Riçard Bax
                                                          Riçard Bax - Mariya üçün hipnoz
Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə  


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi