Ölü şairlər dərnəyi
Filmin türkcə adı: Ölü Ozanlar Derneği
Filmin rusca adı: Общество мёртвых поэтов
Filmin ingiliscə adı: Dead Poets Society
Filmin rusca adı: Общество мёртвых поэтов
Filmin ingiliscə adı: Dead Poets Society
Ümumi təəssüratlarım: 80-ci illərin mühitini və insanlarını çox gözəl ifadə edən bir film.
O dövrün çox uğurlu nümunəsi olan “Ölü Ozanlar Derneği” həqiqətən
kinematoqrafiyanın ən dəyərli təmsilçisidir. Məsələn indi oturub o dövrün mənzərələrini
canlandrmaq istəsələr, məncə, çox süni alınar.
Obrazlar: Filmin
açar obrazı cənab Kittinqdir. O, şagirdlərini digər müəllimlərdən fərqli olaraq
düşünməyə, hiss etməyə, ən əsası isə qorxmamağa öyrədirdi. Mənası həqiqətən də
möhtəşəm olan “Anı tut” ifadəsi filmdə təkrarlanan
ən əsas fikir oldu. Obraz cəhətdən digər cəbhədə isə şagirdlər dayanır. Hansı
ki, onlar Cənab Kittinqin vasitəsi ilə daxillərində donub qalmış enerjilərini kəşf
edirlər.
Aktyorlar: Robin
Williamsın başçılığı ilə akytorlar ideal performans göstərdilər. Ethan Hawk
cavan olsa da heç bir aktyorun həmin yaşda ifa edə bilməyəcəyi formada rolu ifa
edib. Mənim bu bloq yazısında oturub bu iki aktyora tərif yağdırmağımın ya da
hansısa epizoddakı performansını təsvir etməyimin bir mənası yoxdur. İzləməyi
məsləhət görürəm. Sadəcə bir nüansı nəzərinizə çatdırım: Cənab Kittinqə filmdə
daha çox yer ayrılsa idi, əla olardı. Bu çox vacibdir. Filmin tək bəyənmədiyim
nüansı budur. Cənab Kittinqin şagirdləri ilə olan ünsiyyəti nə qədər çox
olsaydı, biz də dolayı yolla daha çox şey öyrənəcəkdik. Çünki filmi izləyəndə
siz avtomatik olaraq Cənab Kittinqin şagirdi statusunu qazanırsız.
Belə filmələr bizləri ilhamlandırmaq üçün çəkilir. Bizə qorxmamağı
öyrədir. Özünü fərqli hiss edən hər kəs və həqiqətən də fərqli düşünən insanlar
bu filmi izləsin. Bu onlara doğma gələcək. Fərqliliyin limiti, sərhəddi yoxdur.
Sadəcə cəsarətli olmaq lazımdır. ©
Filmi online izləmək üçün (türkcə): buraya tıkla
Comments
Post a Comment