Batman Gotham Knight


“Batman begins”dən sonra baş vermiş hadisələr əsasında 6 epizoddan ibarət “Batman Gotham Knight”da Batman yeni və köhnə düşmənlərlə qarşılaşır. "Have I Got A Story For You" epizodunda üç nəfər uşaq Batman haqqında üç müxtəlif hekayə danışırlar və beləliklə biz əsrarəngiz və sirli Batmanin uşaqların gözündə necə göründüyü haqqında bilgi əldə edirik.
"Crossfire"də iki prşəkar polisin, cinayətkarların atışmasına tuş gəldikləri zaman Batman tərəfindən xilas edilmələrini bizə göstərir. "Field Test" – Batman üçün yeni texnologiyalar yaradılır. Bəs yaxşı onlar həqiqətən də güclüdürmü? "In Darkness Dwells" – Yeraltında yaşayan iki bədheybət (Killer Croc and Scarecrow) tərəfindən əsir götürülən keşişin xilası. "Working Through Pain" – Batmanin xatirələri ilə əlaqədar və animasiyanın zənnimcə ən maraqlı epizodudur. "Deadshot" – final epizoddur və peşəkar, olduqca bacarıqlı snayperin Gotham şəhərində, Rus mafiyanın tapşırığı ilə bəzilərini aradan qaldırması, amma Batman tərəfindən dayandırılması yer alıb.
Bir animasiya, 6 hekayə. İlk epizodlarını çox bəyənmədim. Bir maraqlı bir nüans var ki, Batman animasiyalarının çəkilişində yaponlar çox aktiv iştirak edirlər. Onların sahib olduqları zəngin təcrübə çox vacibdir, amma, məncə, animasiya bilavasitə avropalı mütəxəssislər tərəfindən hazırlansa daha yaxşı olardı. Açıq-aşkar yapon animelərinə xas işarələr var ki, bu da mənim xoşuma gəlmir. Axı Batman yapon təxəyyülünün məhsulu deyil. Əlbəttə, yapon mütəxəssislərinin iştirakı olar amma müəyyən həddə qədər.

Yüklə: buradan
Digər yazılarım: burada

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi