Viktor Pelevin - Omon Ra
Viktor Pelevin Kmdir?: 1962-ci il, 22 noyabrda Moskvada anadan olan yazıçı, 31 nömrəli
xüsusi ingilis məktəbini bitirmiş, 1985-ci ildə Moskva Energetika
Universitetini bitirmişdir. İxtisasca mühəndis-elektromexanikdir. Br neçə il
“Elm və Din” jurnalının əməkdaşı olan yazıçı şərq mistikası ilə əlaqədar müxtəlif
məqalələr yazmışdır. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilmişdir.
İlk yaradıcıllıq məhsulu “Cadugar İqnat və insanlar” olmuşdur (Колдун Игнат и
люди). OpenSpace.ru saytının 2009-cu ildə apardığı sorğuda, Viktor Pelevin
Rusiyanın görkəmli intelektuallarından seçilmişdir.
Motivlər:
Viktor Pelevinin bu kitabı yazmaqda əsas məqsədi Sovetlər zamanında mövcud
olmuş totalitar sistemi, kosmonavtikanın timsalında ifşa etmək olmuşdur.
Pelevinin təsvir etdiklərinə əsaslansaq, bizim həyatımızın heç də ali sirli bir mənası yoxdur. Həyata tutunmaq və yadda qalmaq üçün o qədər əziyyət çəkirik, amma öləndə elə beləcə ölürük.
Pelevinin təsvir etdiklərinə əsaslansaq, bizim həyatımızın heç də ali sirli bir mənası yoxdur. Həyata tutunmaq və yadda qalmaq üçün o qədər əziyyət çəkirik, amma öləndə elə beləcə ölürük.
Romanın apafeozu: Apafeoz yəni kuliminasiya nöqtəsi. Romanın apafeozu möhtəşəm yalan və
həmin dövrə xarakterik ikiüzlülükdür. Heç kim bilmir əslində o “raketlər”
uçublar ya yox. İnsanlar məlumatları KİV vasitəsi ilə qəbul edirlər. Əsas olan
KİV-dir. KİV böyük qüvvədir və bütün sistemlər bundan maksimum yararlanırlar. Yalanlar
və yalanlar.
Viktor Pelevin |
Təəssüratlarım: Kitabı əlimə aldıqdan sonra onu heç kənara qoymadım. Oxuyub
bitirdikdən sonra isə çox qəribə hisslər keçirdim. Kitabda təsvir olunanlar mənə
çox yad da gəlmədi. Nə də olsa biz hələ də Sovetin qalıqlarından azad ola bilməmişik.
Kitabı oxuduqca komunizmin (əslində heç komunizmin də deyil. Sistem desək daha
yaxşı olar.) insanların beynini yuması və onları həmişə abstrakt qalan “vətən”
anlayışına görə qurbanlar verməsinin inandırmasına şahid oldum. O vətən
anlayışı ki, neçə-neçə cavan həyatları udur hər zaman!
Mükafatlar: 1993-cü
ildə Viktor Pelevinin “Omon Ra” povesti iki ədəbi mükafata – “İnterpresskon” və
“Bronzovaya ulitka” mükafatlarına layiq görülmüşdür. Hər iki mükafat “Orta
forma” kateqoriyasında verilmişdir.
Nəticə: Kitabda
absurd epzidolar çoxluq təşkil edir. Məhz buna görə bəziləri romanı bəyənmirlər.
Mən bəyəndim və məhz o epzodların necə də vacib olduğunu gördüm. Keçmiş Sovet
xalqı romanın baş obrazı Omon kimi düşünürdü. Onları belə düşünməyə təbliğ
edirdilər, amma yuxarıdakılar xalqa xəyanət etdilər. Bəlkə də heç bir kitabda
SSRİ belə olduğu kimi təsvir olunmuyub. Sadəcə görməyi bacarmaq lazımdır. Kitab
kosmosa uçmaq, kosmonavtika ilə əlaqədar deyil. Bu sadəcə konfetin kağızıdır.
Əsas məsələ SSRİ-dir. SSRİ dağıldıqdan sonra artıq ona qarşı illər boyu qırmızı
bayrağın altında yığılıb qalmış nifrətlər kağızlara yazılmağa başladı. SSRİ
vaxtı əsla belə kitabın çapına icazə verilməzdi. Kitab 1992-ci ildə
yazılmışdır. Sadəcə SSRİ və onun rəhbərliyinin illərlə yürütdüyü senzura,
repressiya, sürgün və propoqandalardan yox, daha dərin qazsaq, ümumiyyətlə
insan şüurunun yalanlarla əhatələnməsi və digər mirajlara diqqət çəkmək istəyən
bir yazıçı ilə qarşılaşarıq. Bizim şüurumuz mütəmmadi olaraq özünü aldatma və
aldanmadadı. Sovet çökdü. Sovet kosmosunu pul kosmosunu əvəzlədi. Razılaşıram
ki, kitab bir çoxlarında heç də müsbət hisslər yaratmır. Çünki qısa bir müddət ərzində
mövcud olmuş sistemin bir çox alçaqlıqları gözümüzün önündən keçir.
Hal-hazırdakı sistemlər də ondan geri qalmır. Əslində məhz bu mövzu ətrafında
çox müzakirələr, fikir mübadilələri aparmaq olar, amma mətləbdən yayınmayaq.
Omon Ranın həqiqi kosmosu onun daxili “mən”-idir. Yalnız bu kosmos həqiqi
mənada əldə oluna biləndir. Onda isə azadlıq əldə olunur. Kitabın sonu da bizə
göstərir ki, insanın həmişə seçimləri var. Romantik, dramatik, satirik, qəribə,
absurd, real, lakonik əsər. Çox şad oldum Pelevin.
Mənə xüsusiylə bu epizod çox xoş gəldi: "Они были агрессивно
настроены и я подумал, что это потому что я выпил всю водку, которая
предназначалась для них. И мне стало по-настоящему страшно"
Digər yazılarımı da oxu. Əminəm ki, özünə uyğun bir şey tapacaqsan: burada
Comments
Post a Comment