Ted

 Hələ sosial şəbəkələrdən, film təqdimat və müzakirəsi edilən saytlardan bu film haqqında məlumatım var idi. Bir çox filmə rus dilində baxdığıma görə, film hələ Rusiya ekranlarına çıxmamış, Rusiyada ayıcıq Tedi çox sevməyə başladılar. Gördüyünüz kimi günümüzdə film və kitablarda təqdimat, PR, marketinq həddindən çox önəm qazanmışdır.

Qısaca motivlər. Bəlkə marağınıza səbəb ola bilər: Con, gözəl qız Loriyə aşiqdir. Lorinin yaxşı işi və gələcəyə aid böyük planları var. Ted – Conun uşaqlıq və əbədi dostu onların münasibətlərinə qarışır. Ayrılmağa məcbur olsalar da (Con və Ted) bir-birilərini itirmirlər. Başlarına bir çox macera gəlir. Ted çox şeyə qadirdir. Çünki o, sadə ayıcıqdan üstündür.

Filmin rejissoru - Seth MacFarlane, ABŞ-da və bütün dünyada çox məşhur “American Dad”, “Family Guy”, “The Cleveland Show”, “Cavalcade of Cartoon Comedy” və s. kimi məşhur yumoristik və yetkin insanlara yönəlik cizgi filmlərinin müəllifidir. Məhz buna görə bu film şəxsən mənə yeni olmadı. Klassik beldən aşağı Amerikan yumoru amma yadda qalan epizodları çox oldu. Qısaca böyüklər üçün nağıl da adlandırmaq olar. Məncə marağınıza səbəb olubsa izləyin. Özünə məxsusu süjet və motivlər + yumor (18+) .
Filmi izləyin: buradan
Digər yazılarımı da oxu. Əminəm ki, özünə uyğun bir şey tapacaqsan: burada

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi