Yusuf Akçura - Türkçülüyün tarixi

 Annotasiya: Bu kitab türk dünyasının tanınmış mütəfəkkiri Akçuraoğlu Yusufun Azərbaycanda nəşr olunan ilk kitabıdır. Kitabda böyük mütəfəkkirin özünün xüsusi önəm verdiyi “Türkçülüyün tarixi” əsəri ilk dəfə olaraq Azərbaycan oxucusuna təqdim edilir. Kitab filosoflar, sosioloqlar, tarixçilər, türkoloqlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Kitabı bəzi ictimai yerlərdə oxuyan zaman, dostlarım mənə bunun milliyətçiliyi təbliğ edən, radikal filan-məsməkan kitablardan olduğunu və beləliklə oxumağa dəymədiyini dedilər. İnsanlara bəzən heyran qalıram. Bizim milləti nəzərdə tuturam. İnsanlar dahiymiş. Hətta kitabın annotasiyasını oxumadan belə kitabın nədən bəhs etdiyini dərhal bilirlər. Bravo. Belə stereotipli olanlara deyirəm: üstün irq, imperializm, qatı-radikal milliyətçilik və bənzəri məsələlər bu kitaba çox uzaqdır! Bu kitabda sadəcə türkçülük anlayışının sistemləşdirilməsi ilə əlaqədar, Osmanlı imperatorluğunun son dönəmlərindən etibarən, günümüzə qədər ensiklopedik, qısa-konkret tarixi məlumatlar toplusudur. Sadəcə Türk dövlətlərində deyil, eyni zamanda Avropada və digər ölkələrdə mövcud olmuş bir çox təşkilatlar, dərnəklər və şəxsiyyətlətin adları çəkilir, onlar haqqında məlumat verilir.
Yusuf Akçura

“Türkçülüyün tarixi” əsəri ilk dəfə olaraq Akçuranın özünün naşiri və baş yazarı olduğu “Türk yolu” adlı illik nəşrdə 1928-ci ildə nəşr olunub. Əsərinə “Türk milliyyəti fikri, türklər arasına nə zaman və harada girdi?” sualı ilə başlayan Akçuraoğlu ardınca Türk anlayışının tərifini verir: “Türklər dediyimiz zaman etnoqrafiya, filologiya və tarixlə ilgisi olanların bəzən “türk-tatar”, “türk-tatar-moğol” deyə andıqları bir irqdən gəlmə, adətləri, dilləri bir-birinə çox yaxın, tarixi həyatları bir-birinə qarışmış olan qövm və qəbilələrin tamamını nəzərdə tuturuq. Bu baxımdan iranlı və avropalı bəzi yazarların və onlara uyaraq bəzi Osmanlı yazarlarının tatar dedikləri kazanlılar, azərbaycanlılar… ilaxırı ilə bərabər, qırğızlar, yakutlar da türklər ifadəsinin içində deməkdir”. Yusuf Akçura xalqlar arasında fərqli xüsusiyyətlərə görə özlərini üstün bilmə instiktini milliyətçiliyin başlanğıcı hesab etmiş, milliyətçilik hərəkatının Qərbdə formalaşdığını göstərmiş və əsas məqsədini belə ifadə etmişdir: “Bir millət meydana gətirmiş olan insan topluluqları, bağımsız bir dövlət halında təşkilatlanaraq yaşamaq haqqına sahibdir” . Akçuraoğluna görə millət irq və dilin əsasən birliyindən dolayı sosial vicdanında birlik və bərabərlik meydana gəlmiş bir insan toplumudur. Türk xalqları arasında ilk olaraq milliyətçilik hərəkatlarının Krımda və İdil hövzəsində və Azərbaycanda yaşayan türklər arasında formalaşdığını qeyd edən Yusuf Akçura Batı türklərində, Azərbaycan, Qafqaz, Krım və Kazan türklərində milliyətçi fikirlərin tarixindən və bu fikri yayan şəxslərin fəaliyyətindən, həmçinin türkçülükdə təşkilatlanma dövrünün tarixindən bəhs edir. (bu abzasın qaynağı: https://dilqemehmed.wordpress.com/2011/03/22/yusuf-akcura/).

Nəticə: Bilirsiz, kitabı almaq qərarımın səbəbi sadə oldu: türkçülük anlayışının keçmişi ilə əlaqədar qeyri-müəyyənliyi aradan qaldırmaq. İnsan mütəmmadi olaraq keçmiş və gələcək ilə əlaqədar qeyri-müəyyənlikləri aradan qaldırmaqla məşğuldur. Bu gələcək üçün daha çətin olsa da, heç keçmiş üçün də asan məsələ deyil. Doğru və etibarlı mənbələrə istinad çox vacibdir. Mən Yusuf Akçuraoğlunun adını televiziyada çox eşitmişdim və belə bir kitabı kitabxanamada olmağını istədim. Kitabın dili və üslubu tamamilə ensiklopediyanı xatırladır. Ona görə də kitab, ensiklopediya oxumağı sevməyənlərə görə deyil. 

Bənzəri bir digər yazı: burada
Digər yazılarım: burada

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi