21.12.12
Niyə dünyanın sonu?: Əlbəttə ki, bir neçə versiya var. Bir neçəsini araşdırmışam, amma mənim
üçün ən ağlabatanı Anatoliy Vessermsnın dəfələrlə vurğuladığı bu fikirdir:
«İnsanlar elə hesab edirlər ki, onların bu qədər problemini dünyanın sonu
konsepsiyası həll edəcək. Dünyanın sonu və bütün problemlərin həlli. Qulağa
yaxşı gəlir. Oturub çətinliklərə sinə gəlmək, onlarla üzləşmək, mütəmmadi
olaraq psixoloji gigiyenaya əməl etmək isə qulağa yorucu və zəhmətli bir şey
kimi gəlir.» İnsan kütləsinin 90%-i eynidir. İnsanlar bu qədər həvəslə öz
problemlərini həll etsəydilər, məncə, yenidən doğulardırlar, nəinki, ölərdilər.
Tarixçə:
1000-ci ildə xristianlar, bu yuvarlaq təqvim ilinin dünyanın sonu olacağına
inanırdılar. İnsanlar mülklərini ucuz qiymətə satdılar, sonra isə, «dünyanın sonu»
baş vermədikdən sonra qat-qat baha qiymətə aldılar (Bu xəbər din adamlarının
köməkliyi ilə yayılmışdır. O dövrdə belə xəbərlərə heç kim inanmazdı, əgər «din
adamları». Dəstək verməsəydilər).
Xristian dünyasının keşiş və rahibləri növbəti dəfə, «dünyanın sonu
olacaq» peyğəmbərliyi ilə, dünyanı 1492-ci ildə qorxuya saldılar. Peyğəmbərlik
tam əks mənada gerçəkləşdi. Belə ki, X.Kolumb Atlantik okeanını keçdi və yeni
dünyanı kəşf etdi.
KİV və 21 dekabr: KİV artıq kifayət qədər samballı müddətdir ki, insanların əlehinə
işləyir. KİV-də qorxuducu, ürküdücü xəbər eşidib ən azından stress keçirdən
insanlar azmı oldu? Elə birisi mənim anam. Uzun siyahı yaza bilərəm, amma KİV
bu xaosun yaradılmasında iştirak etdiyinə görə özünü xoşbəxt hesab saya bilər.
Mən isə deyirəm: “ayıb olsun!” Dünyada bu qədər insan yaşayır. Hamısı dünyanı,
verilən xəbəri eyni cür anlamır. Məsələn, ABŞ-da Konnektiutda (Connecticut)
anasını və 20 nəfər şagirdi öldürən 20 yaşlı gəncin bu hərəkəti etməsi, rəsmi
olaraq açıqlanmasa da, elə məhz dünyanın sonu anlayışı ilə əlaqələndirilir.
Onsuz da dünyanın sonu gələcəyini düşünmüş və axıra yaxın bir az «əylənmişdir».
İslam və 21 dekabr: Səmavi dinlərdə dünyanın sonu qiyamət günü kimi adlandırılır və
bunun yalnız Allahın edə biləcəyi deyilir. Qurani-Kərimin surə və ayələrini öz
həyatına düşünərək tətbiq edən və hadisələrə obyektiv yanaşan (təəssüf ki, belələri
çox azdı) insanlar üçün 21 dekabr konsepsiyası, əlbəttə ki, absurd və əhəmiyyəti
olmayan bir şeydir. Maraqlı bir faktdır ki, 21 dekabr anlayışı qərb dünyasında
daha səs-küylü oldu, nəinki Şərqdə. Bu mövzunun elə mənbəyi yenə də qərb oldu.
Tarix və nəticə yenə təkrarlandı.
Nəticə: Nəticə isə budur ki, 28 dekabr tarixidir və mən bu yazını yazıram.
Dünyanın sonu istənilən an baş verə bilər. Məncə, oturub bununla əlaqədar
düşünməkdənsə hər zaman vicdanlı həyat yaşamağa çalışmaq və planetimizin
qayğısına qalmaq daha məntiqlidir. 21 dekabrı və onun timsalında dünyanın
sonunu istəyən insanlar isə sadəcə zəif xarakterli insanlardır. Dünyanın sonunu
insan yaratdığı problemlərlə gətirə bilər. Bunu istisna etmirəm. Hər halda
nikbinəm ki, müsbət dəyişikliklər olacaq.
eslinde bu 21 dekabr utopiyasi yaxsi ki oldu..... insanlarin imani Allah(c.c.) qarsisinda sinaqdan kecdi....
ReplyDeleteve men, ne qeder agilli sandigim insanlar haqqinda hayal kirikligina ugradim...
Qatılıram. Və ən əsası isə bir şey mənim üçün çox maraqlı oldu: bu ilk deyildi. Araşdırdım və gördüm ki, belə psevdo-peyğəmbərliklər tarixdə çox olub.
Delete