Gattaca
Motivlər: Film
arzu haqqındadır. Uğruna ailəndən, adından imtina etdirəcək qüvvəyə malik arzu
haqqındadır. Bu arzuya görə Vinsent həyatda ola-ola ikinci dəfə doğulmalı oldu.
Hər şey bu qədər sadə də deyil. Eyni zamanda bir çox çətinliklərlə mübarizə
aparmalı, başqası olmalıdır. Başqa insanın xətti ilə yazmaq, başqası qədər
hündür olmaq. Qulağa çox mümkünsüz kimi gəlir amma o, bunların hamsına razıdır.
Vinsent hələ uşaqlıqdan ulduzlara uçmaq istəyirdi. O, uğursuzluqdan,
ağrıdan, problemlərdən, ən əsası isə doğulduğu bu dünyadan uçub gedmək istəyirdi.
Gələcəyin dünyası: Gələcəyin dünyası filmdə tamamilə gen mühəndisliyinə bağlı olaraq təsvir
olunub. Belə ki, artıq insanlar təbii yolla doğulmurlar. Təbii yolla doğulanlar
var, amma onlara yararsız statusu verilir və hörmətləri olmur. Gün mühəndislərinin
əlinin altından keçənlər isə ən yaxşı yerlərdə işləmək imkanına sahibdirlər.
Filmdə də məhz bu iki cəbhə bir-biri ilə mübarizə aparır. Bu prinsiplərin
mübarizəsidir. Təbiiliklə süniliyin, arzularla arzusuzluğun, inamla şübhənin.
Filmdə ən çox bəyəndiyim epizod: “Mən geriyə dönmək üçün güc saxlamıram!” (org.
«Я не оставляю силы на обратный путь!») epizodu oldu.
Gələcəyin dünyası ilə əlaqədar hərə bir cürə düşünür. Bəziləri belə
düşünür ki, gələckdə dünyada ancaq müharibələr olacaq. Bəziləri isə utopiyaya
inanırlar. Hamı xoşbəxt olacaq və s. Qattaka ikinciyə aiddir. Çünki insanlarda
neqativ genlər yoxdur. Onlar iş seçimində çətinlik çəkmirlər və ağır xəstəliklərər
düçar olmurlar. Məhz siz hansına səs verəcəksiz, bax bu məqamda tələsməyin. Hələ
bir filmi izləyin.
Filmi online izlə: burada
Comments
Post a Comment