Qarpın dünyası - The World According to Garp
Filmin rusca adı: Мир от Гарпа
Filmin ingiliscə adı: The World According to Garp
Filmlə necə rastlaşdım?: Robin Williamsın bütün filmlərinə baxmaq kimi məqsədim var. Odur ki,
mütəmmadi olaraq onun izləmədiyim filmlərini izləyirəm və bu dəfə də bu filmi
izləmək qismət oldu. Qısaca təqdimatını oxuduqdan sora mütləq ən qısa zamanda
izləməliyəm fikri mənə hakim kəsildi və izlədim. İzlədikdən sonra nələri
müşahidə etdim? Oxumağa davam edin o zaman.

Son epizodlar: Filmin
son dəqiqələrini heç bəyənmədim. Filmin son epizodları əvvəlki epizodlarından
çox fərqlənir. Motivlər ani dəyişir. Faciə moduluna keçid baş verir və lazım
olan mühit yaradıla bilinməyib. Psixopatiyanın müşayəti altında da film sona
çatır. Konkret bir təəssürat nəticəsinə gələ bilmirəm. Filmə Robin Williamsa görə
izlədim. Peşman deyiləm amma bəyəndim deyə bilmərəm. Özünə görə pis film deyil.
P.S. Film Con İrvinqin eyni adlı bestseller romanı əsasında çəkilib və
yazıçının özü də çəkilişlərdə iştirak edib.
Filmi online izlə: burada
Digər yazılarımı da oxu. Əminəm ki, özünə uyğun bir şey tapacaqsan: burada
Comments
Post a Comment