Abramoviç prinsipi - Принцип Абрамовича. Талант делать деньги - Владислав Дорофеев, Татьяна Костылева
Motivlər:
Kitabda planetin ən varlı insanlarından birisi olan Roman Abramoviçin həyat
yolundan bəhs edilir. O, dünya şöhrətini kapitalı ilə deyil, davranışları, şəxsiyyəti
ilə əldə etdi. Çukotkada yeddi illik qubernatorluqda o, ölən regionu diriltdi,
onun dəvəti ilə gəlmiş Guus Hiddinkin başçılığıyla hazırlaşmış Rusiya millisi
isə Avro-2008-də bürünc mükafatçı oldu. Onun sayəsində ölkənin alüminium və
maşınqayırma sənayesi, neft yataqlarının üçdə biri dövlət tərəfindən tam nəzarət
altında alındı. Bəs onun prinsipləri nələrdir?
10 illik biznes fəaliyyətinə 18
milyard dollar. Bəs bu uğurun tələb etdiyi qurbanlar? Abramoviç nadir Rusiya biznesmenlərindəndir ki, Yelçindən başlayaraq, Medvedevə qədər hakimiyyətlə münasibətlərini pozmayıb və stabil yol qət edib. Diqqətlə araşdırsaq ona bənzər digər kolleqalar isə çoxdan ölkə xaricindədirlər.
Abramoviç və Çukotka: 2000-ci ildə Rusiyanın qubernatorluq tarixində çox maraqlı, əvvəlkilərdən
tamamilə fərqli bir səhifə açıldı. Çünki Çukotka oblastında qubernatorluq vəzifəsinə
Roman Abramoviç namizəd oldu. Bunu niyə etdiyini o, özünü yeni bir şeydə
sınamaq istədiyini və yeni ideyalar ovunda olduğu ilə açıqladı. Eyni zamanda
sadəcə çukçalara yazığı da gəldiyini dedi. Çünki Abramoviçin 90%-lik səs
toplayaraq seçilməsindən sonra, çukçaların həyatı qarşıdakı 8 ildə inanılmaz dərəcədə
müsbətə doğru dəyişdi. Müasir sivilizasiya ilə çukçaları, məhz Abramoviç tanış
etdi. Əlbəttə seçkilərdən sonra bəzi federal nümayəndələr seçkilərin
saxtalaşdırıldığını iddia etsələr də, Abramoviçin Kremldə olan yaxşı əlaqələri
və dəstəyi hər şeyi həll etdi. Abramoviç sadə insandır. Əldə etdiyi hər nəaliyyətdən
sonra “drive” (iftira və şərləmələr mənasında) yaşamasına öyrəşmişdi. İnsanlar
onun sadəliyindən istifadə edirdilər.
SSRi
vaxtında Çukotkanın öz strateji əhəmiyyəti var idi. Belə ki, o soyuq müharibə
dövründə nüvə keşiyində dayanırdı. Soyuq müharibə qurtardı, Çukotka da
unuduldu. Ekstremal iqlim şəraiti, neft və qaz yataqlarının, nəqliyyatın
olmaması bu bölgəyə maraq qoymamışdır. Kim daimi donma bölgəsində işləyib,
yaşamaq istəyər ki? Abramoviç istəyər. Abramoviç Çukotkada qubernator olduqdan
sonra, uzun sözün qısası, müasir sivilizasiyanın izlərini məhz Abramoviç təmin
etdi. Əlbəttə Abramoviçin öz şəxsi mənfəətləri də var idi. Belə ki, Çukotkaya gələrək,
oranın qanunvericiliyinə əsaslanaraq, oraya daşıdığı şirkətlərinin vergilərindən
böyük güzəşt əldə edir və onları 100% Çukotkanın inkişafına sərf edirdi (hətta
daha artığını).
Chelsea:
Abramoviçin adını çox adam nə Çukotkada keçirdiyi qubernatorluq nə də “Sibneft”
və “Millhouse Capital”ın direktorluq vəzifələrindən tanıyır. Yəni, çox adam bəlkə
də bilirdi ki, o, oliqarxdı, amma məhz İngilis Çelsi futbol komandasının
alınması ilə o, bütün dünyada birmənalı şəkildə tanındı. Çelsinin alınması məsələsinə
kitabda belə yanaşılıb ki, Abramoviç bu hərəkəti ilə özünə lazım olan bəzi
İngilis yüksək təbəqə aristokratlarıyla əlaqə yaratdı (futbol kifayət qədər
güclü vasitədir) və 2003-cü ildə Rusiyada başında fırlanan qara buludlara
toplanmış diqqəti dağıtdı. Onun bu hərəkətinə görə bir çox Rus yüksək vəzifəliləri
onu tənqid etsələr də, o, geri çəkilmədi. Eyni zamanda azsayılı qərb mətbuatına
verdiyi müsahibədə də qeyd etmişdir ki: “Mən bütün bunları pul qazanmaq üçün etmirəm.
Pul qazanmaq üçün mənim daha az riskli yollarım var”
Nəticə: Sözün həqiqi mənasında bu kitabı oxuduğuma məmnun oldum. Səhifələr
çevrildikçə, Abramoviç şəxsiyyəti mənim beynimdə aydınlandı və özgə, yad birisi
olmaqdan çıxıb, müəyyən və yaxın birisi statusunu qazandı. Kitabın ilk səhifələrində
çox tərəddüd keçirsəm də, şadam ki, kitabı yarıda qoymadım. Çox şey öyrəndim və
bu dinamik şəxsiyyətin həyat yolundan öyrəndiyim bəzi şeyləri öz həyatıma da tətbiq
etməyə çalışacam. Nə də olsa Rusiya biznes mühiti ilə Azərbaycan biznes mühiti,
qaydaları çox da fərqli deyil. Eyni qaydalar, eyni oyunlar. Əsas olansa, hər
zaman ehtiyyatlı olmaq və daima münasibətlər şəbəkəsini genişləndirməkdir. Necə
ki, bunu Abramoviç etdi. Necə ki, bunu potensial Abramoviçlər edə bilər.
Kitabı oxu: buradan
Kitabı onlayn dinlə: buradan
Digər yazılarım: burada
Comments
Post a Comment