The Dark Knight
Dark Knight filmi son zamanları ən həyəcanverici və unudulmaz filmlərindəndir.
Onun atmosferinə bir dəfə tutulmaq kifayət edir ki, həmişəlik onunla qalasan. Çünki
müəyyən müddətdən sonra bu cür gözəl aktyor performansı insanı unutdurur ki, o,
film izləyir. Janr etibariylə bu filmi konkret janra aid etmək olmur. Burda həm
action var, həm drama var, həm dedektiv var, həm fəlsəfə, həm də psixoloji
triller var.
Süjet: Cinayətkarlıqla
mübarizədə Batman, iştirakını artırır. Batman Leytenant Jim Gordonun və bölgə
prokuroru Harvey Dentin yardımıyla, şəhərin küçələrini zəhərləyən cinayətkar
qalıqlarını aradan qaldırmaq istəyir. Əməkdaşlıq effektiv olsa da, onları özlərini
qısa müddətdən sonra ağlasığmaz cinayətkarlıqlar müəllifi Jokerin yemi
olduqlarını şahidi olurlar.
Aktyor heyəti: Batman rolunda Kristian Beyl və Joker rolunda Hit Ledgerdir. Bu iki
aktyorun performansı fövqəl-möhtəşəmdir. Hit Ledgerin bu filmdəki performansını
şəxsən mən heç vaxt unuda bilmərəm. Bu nə möhtəşəm ifa? Bu nə möhtəşəm təbiilik?
İzləyici unudur. İzləyici unudur ki, filmdəkilər aktyordur. Bu isə ən böyük
uğurdur. İnspektor Gordon və Harvey Dent rollarını ifa etmiş Gary Oldman və Aaron
Eckhartın performansları da diqqətdən kənar qalmamalıdır.
Rejissor işi: Yaxşı bəs bütün bunları kim bir yerə toplayıb? Kim bügünkü dövrdə
speçeffektləri bu dərəcədə uğurlu istifadə edib? Əlbəttə ki, bu insanın adı, öz
işinin masteri, Kristofer Nolandır. Bu insan rejissorların kralıdır qardaş. Bu
insan, filmin son dəqiqəsinə qədər izləyicini intizarda, həyəcanda, maraqda, xəfif
adrenalində saxlaya bilir. Bu uğur deyil bəs nədir? Bu istedad deyil, bəs nədir?
Əhsən belə rejissora. Kristoferin çəkdiyi bütün Batmanlər çox ciddi, məntiqli
və unudulmazdır.
Musiqi:Film
müddətində eşitdiyimiz bütün soundtracklər filmin epizodunu tamamlayır və onu
daha da dinamik edir.
Final:
Finalda isə biz olduqca böyük qurban verən Batman ilə rastlaşırıq. Son epizod məndə
Batmanə yeni baxış gətirdi. Açığı belə final gözləmirdim. Batmanlə yaxından
tanış olanlar, Kristoferin bu filminə qədər, məncə, belə bir şey görməyiblər.
Əlbəttə, ola bilər mən yanılıram, amma ən azından mən özüm bu dərəcədə böyük
qurban gözləmirdim. Bunu ancaq Batman edə bilərdi.
Onu da deyim ki, Batman komikslərinin məşhur obrazı Two-Face obrazı
bu filmdə yaranır və yaranan kimi də ölür. Məncə, bu doğru olmadı. Komikslərində
Batmanin onunla olan mübarizələri xüsusi diqqətəlayiqdir. Mən tam nəticəyə gələ
bilmirəm ki, kompramisə getmək olar, yoxsa yox. Hər halda komikslərə uyğun çəkmək
məsləhətdir.
Unudulmaz, möhtəşəm film.
Filmi onlayn izlə/yüklə: buradan
Comments
Post a Comment