House of D - Тайны прошлого


Ehh, köhnə dost David Dukhovny. Ondan nə gözləmək olar? Çox gözəl bir ssenari, yüksək səviyyəli aktyor performansı və  çoxlu təəssüratlar dənizi. Bəs Robin Williams? Ondan da möhtəşəm, unudulmaz aktyor performansı. Başqa nə ola bilər?
Süjet: Film 13 yaşlı Tommynin həyatı haqqındadır. Belə ki, 13 yaşına az qalmış Tommynin həyatında kardinal dəyişikliklər baş verir: O, birinci dəfə aşiq olur, birinci dəfə özüylə bərabər çox böyük problemlər gətirən yalanı danışır, anasını itirir (atasını isə uzun illər öncə itirmişdi) və demək olar ki, bütün həyatının mənasını itirir. 30 ildən sonra doğulduğu və qaçdığı şəhərə qayıdmalı olur. O, öz oğlunun 13 yaşına az qalmış, oğluna və həyat yoldaşına bütün həyat hekayəsini danışır.
Aktyor performansı və obrazlar: Robin Williams əqli inkişafdan geri qalmış Pappass obrazını canlandırır. O, Tommynin yeganə yaxın dostu və olmayan atasıdır. Bu çox vacib obrazdır. Həqiqi mənada dostluğun nə olduğunu görəcəksiniz. Anton Yelchin filmin baş qəhrəmanının uşaqlığını, David Dukhovny isə yetkinliyini oynayır. Zelda Williamsın performansı xüsusi diqqətəlayiqdir. O, da Tommynin aşiq olduğu qızdır.

Mənim atam uzun illər öncə xərçəngdən vəfat etdi. Sənin atan kimi. Xərçəng, qoroskopla krab. Xərçəngli şam yeməyi 6.95 dollardır. Xərçəng atamda məndən nifrət etdirən bütün pis hissələri yemişdi. O, artıq öləndə mənimlə o qədər mehriban idi. Ona görə ki, ancaq mehriban hissələr qalmışdı. O, dünyada ən mehriban insan idi. Məni qucaqlayır və məni necə də sevdiyini deyirdi. Məni necə də sevdiyini. Bu dəniz yeməyindən iyrənirəm. Tommy, mənə hərdən elə gəlir ki,mən hələ anamın qarnında olanda, o krab məni də yeyib. O, məndə bütün ağıllı hissələri yeyib. 
Filmi onlayn izlə: burada
Digər yazılarım: burada 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi