The Woman in The Fifth
Filmin rusca adı: Женщина из Пятого округа
Filmin ingiliscə adı: The Woman in The Fifth
Filmin fransızca adı: La femme du Vème
Filmin ingiliscə adı: The Woman in The Fifth
Filmin fransızca adı: La femme du Vème
Motivlər: Bu film passiv-depressiv janra aiddir. Hərgah ki, film triller
janrına aid edilir, lakin mən belə deməzdim. Amerikalı ədəbiyyat müəllimi,
yazıçı Tom, Fransaya qızını görməyə gəlir. Arvadı isə keçmişi xatırlayır,
qorxur və Toma qızının yanında olmğa haqqının olmadığını deyir. Tom özünü
itirib. Həyatda özünə yer tapa bilmir. O, özünə yazıçı da deyir, çünki bütöv
bir kitab yazıb – Meşə Həyatı (Forest Life). Başına gələn hadisələri dərk edə
bilmir. Bunu elə bir çox film izləyicilərinə də aid etmək olar. Boş vaxtlarında
qızına məktublar yazır, amma göndərə bilmir.
Sehrli meşə: ya da
Forest Life. Bu Tomun yazdığı yeganə kitabdır və onun həyatı nə qədər
absurdlaşırsa bir o qədər əvvəllər yazdığı bu meşəyə daxil olur: “Mənə elə gəlir
ki, həqiqi “mən” hardasa başqa yerdədi. Hardasa ədəbiyyat mükafatı alır,
arvadının necə geyindiyini izləyir, qızının pianoda ifasını izlədiyi konsertlərə
gedir. Burdakı “mən” isə sadəcə bədbəxt bir oxşardı.
Nəticə: Kifayət qədər darıxdırıcı bir film. Müəyyən müddətdən sonra filmi
izləməyin bir mənası olmur. Çoxlu müəmmalar yaranır və eləcə də qalır. Əlbəttə
bunu özü özlüyündə özünəməxsusluq kimi qiymətləndirmək olar amma ki, nəticə
olaraq bilə bilmədim ki, Tom şizofrenikdi, paranoikdi yoxsa nə isə başqa şeydi.
Filmə Ethan Hawkın və Kristin Scott Thomasın performansına, canlandırdığı obrazlara
görə baxdım. İlk dəqiqələri yaxşı gedirdi amma fikrimi daha yaxşı çatdırmaq
üçün 10 ballıq sistem üzrəindən bir qiymətləndirmə edim: 4/10. Film adını
doğruldur. İndi mən hər şeyi bura yaza bilmərəm. Bəlkə kiməsə maraqlı gələcək. Ona
görə də film diqqətinizi cəlb etdisə izləyin.
Filmi online izləmək üçün: buraya keç
Comments
Post a Comment