Sağ qalmışlar - The survivors
Filmin rusca adı: Школа выживания
Filmin ingiliscə adı: The Survivors
Filmin ingiliscə adı: The Survivors
Əvvəlki yazılarımda da qeyd etmişdim ki, Robin Williamsın bütün filmlərini
izləmək kimi bir məqsədim var. Elə bu yaxınlarda bu filmi izlədim və gənc
Robinin və təcrübəli Walter Matthaunun rollarının öhdəsindən necə də gözəl gəldiklərinin
şahidi oldum. İlk öncə film mənə mənasız gəlirdi. Belə ki, 80-ci illərin
komediyası, bürokratiya, militarizm, cəmiyyətin mövcud və gələcəkdəki durumu,
kapitalizmin, cəmiyyətdəki fərdlərarası aqresiyyanın nəticələri göstərən bir
film, lakin metroda, dərsdə bu film haqqında düşünərkən, bizi əhatələyən
reallıqların necə də gözəl formada filmləşdirildiyi nəticəsinə gəldim.
Filmin daha ilk epizodlarından biz axsayan kapitalizm və onun yaratdığı sosial haqsızlıqlara məruz qalan insanları görürük. Daha sonra filmdə “Sağ qalmaq məktəbi” altında necə də insanların beyinlərinin yuyulduğunu və gələcəyin daha pis olacağına inandırıldıqlarını şahidi oluruq. Filmin sonunda bir çox məqam açığa çıxır və insanlar xeyli müddət necə də aldandıqlarının şahidi olurlar. Nəzərə alın ki, bütün bunlar komedik bir dillə izləyicilərə çatdırılır. Bu ucuz və senzuralı komediya deyil. 80-ci illərdə həqiqi mənada komediyanı hazırlamağı bacarırdılar. Şükürlər olsun ki, DVD, VHS və internet var ki, biz üstündən çox keçməsinə (29 il) baxmayaraq yenə də belə gözəl filmlərdən zövq ala bilirik.

“Sizə nolub insanlar? Hamı bir-birini güllələməyə qərar verib. Siz
burda çox vaxt keçirmisiz. Siz ümid edirsiz ki, ölkədə xaos olacaq və siz də öz
məqsədləriviz üçün canlı insanları kağız məqsədləriniz kimi güllələyəcəksiniz.
Siz pul qabında dəlik açmaq kimi asanlıqla insan öldürə bilərsiz. Dəli olmusuz?
Ən yaxşısı bir –birivizi güllələyin. Birinci məndən başlaya bilərsiz. Çünki əgər
siz bizim gələcəyimizsinizsə, mən orada olmq istəmirəm. İstəmirəm!”
Comments
Post a Comment