The Fountain

 Təəssüratlar: Bu film beyin üçün deyil, ruh üçündür. Burada çoxlu sözlərə ehtiyac yoxdur. Ona görə ki, sükut özü çox şeyi deyə bilər. Bu filmdən sonrakı təəssüratlar məhz belədir: izahedici sükut. Yaxşı ki, doğulana qədər bildiyimiz və həyatda olduğumuz zaman unutmadığımız bəzi şeylər haqqında belə filmlər var. Elə buna görə də filmin rejissoru elə məhz izləyicinin özüdür. Çünki izləyici dünyanı dərketmə üsullarından və dəyərlərindən asılı olaraq filmdə müxtəlif məqamları görəcək. Başqa sözlə məna tapacaq, müxtəlif nəticələrə gələcək.


Aktyor performansı: Hyu Cekmana (Hugh Jackman) belə dramatik rola necə yaraşacağını düşünürdüm. Aktyorun ideallarına sadiq qalması, mübarizə aparması, çıxılmaz vəziyyətlərə düşməsi, sonra nə etmək lazımdır barəsində düşünməsi - bütün bu hisslər qamması şəxsən mənim özümdə də baş qaldırdı. Rachel Weisz də öz təbii və möhtəşəm performansı ilə unudulmur. Bu iki aktyor bu filmdə bir-birilərini çox gözəl tamamlayıblar.

Musiqi: Filmin tam dərk edilməsi üçün onun musiqi müşayəti çox önəmlidir. Bu, “The Fountain” filmində alınıb və izləyiciyə çox kömək kedir. Əvvəldə qeyd etdiyim kimi, filmdə sözlə ifadə olunmayan çox şey var və bütün film boyunca bizi müşayiət edən musiqi bizə bu mövzuda dəstək verir.

Nəticə: Film haqqında bəzi resenziyaları oxuduqda, filmdən narazı qalanları gördüm. Bəli etiraf edim ki, əvvəl əvvəl kifayət qədər qarışıq motivlər görünür amma anlayana bəlli olacaq ki, bu insanın həm material həyatda həm də ruhi dünyada mövcudluğu haqqında çox gözəl əsərdir. Siz nə qədər maddiyata diqqətinizi toplayırsınızsa bir o qədər “indi və bu an”-dan, başqa sözlə mənəvi dünyadan uzaqlaşırsınız.

Birlikdə biz əbədi yaşayacağıq......

 Filmi online izləmək üçün (rusca): buraya tıkla

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi