Viktor Pelevin - Həşəratların Həyatı - Виктор Пелевин - Жизнь насекомых
Süjet: Süjet
başlığına yazmağa çox şey tapa bilmirəm. Çünki əsərin konkret 3-5 obrazın hərəkətvericiliyi
ilə süjeti, motivləri yoxdur. Əsər özü bir neçə fəsildən ibarətdir və müasir
yazıçı olan Pelevin, həşəratların timsalında fəlsəfə, mistika, narkomaniya və
sadəcə adi qadın həyatını təsvir edir.
Təəssüratlar: İlk
öncə əsərdə metaforaların nə ifadə etdikləri və məqsədlərinin nə olduqları ilə əlaqədar
heç bir təsəvvürə malik olmursan, amma əsərin obrazları ilə birlikdə quyuda
daha dərinə endikcə hər şey aydınlanır. İnsanlar və həşəratların möhtəşəm
qarışığı...


Tanış oldum: Мираж
- Солнечное лето, Комбинация - Вишнёвая девятка, Комбинация – American boy
mahnılarını mənə bu kitab tanıtdırdı və buna görə minnətdaram. Çox minnətdaram.
Nəticə: Nəticə belə oldu ki, mən əmin oldum ki, Viktor Pelevinin əsərləri mənim
üçün meditasiya kimidir. Xüsusiylə bu əsərdə olan işığa olan istiqamət və “mən”
kimi anlayışlar mənim üçün gəncliyimdə öyrəndiyim ən əsas düşüncə predmetləri
olacaq. Bu yazıçının üslubuna, meodikasına həqiqətən heyran qaldım. “Həşəratların
Həyatı” oxumağa dəyən və ləyaqətli ədəbiyyat nümunəsidir. Oxuduqca müəyyən yerə
gəlib belə düşünürsən: “Axı elə mən də belə düşünürdüm. Mən də bunu axtarırdım.
Mənim də aqibətim belə olacaq?”.
– Это жизнь, сынок, – ответил отец.
Kitabı onlayn oxu: burada
Viktor Pelevin – Omon Ra haqqında resenziyam: buradan oxuya bilərsən
Digər yazılarm: burada
Viktor Pelevin – Omon Ra haqqında resenziyam: buradan oxuya bilərsən
Digər yazılarm: burada
Comments
Post a Comment