Süjet: Dul qalmış yaşlı
professor Walter Vale, Connecticutda darıxdırıcı həyat yaşayır. Yerli kollecdə
sadəcə bir sinifə dərs deyir və musiqi istedadı olmamasına baxmayaraq pianoda ifa etməyi öyrənməyə çalışır. Walter New
York universitetində “Qlobal Siyasət və İnkişaf” mövzusunda, həmmüəllifi olduğu
məqaləni oxumaq üçün konfransa qatılır. New Yorkdakı mənzilinə çatanda o, görür
ki, mənzilində yad insanlar var. Bu mənzilin onun olduğunu bildirməsinə
baxmayaraq, Walter Suriyalı musiqiçi Tareka və onun Seneqallı küçə ticarətçisi
sevgilisi Zeynəbə ev tapana qədər qala biləcəklərini deyir. Tarek Afrika
barabanında ifa edir və Walter bu musiqi alətinə heyran qalır. Sonra baş vermiş
hadisələr isə Walterin daxili dünyasını açığa çıxarır və dünya görüşünü dəyişir.
Təəssüratlarım: Bir dəfə köməyə ehtiytacı olana əl uzatmaq kifayət edir ki, heç insanın özünün də xəbəri olmadan necə onlarla insana kömək əli uzatdığını görürsən. Mehribanlıq,
dostluq və sevgi filmin əsas anlayışlarıdır. Film bizə açıq-aydın göstərir ki,
hisslərdən, anlayışdan məhrum hakimiyyət orqanlarının insan taleyi ilə əlaqədar
yaranmış problemlərə, suallara müdaxilə etməsi zamanı nələr ortaya çıxır.
İnsaniyyətin qəddar həyat şərtləri qarşısında necə də aciz olduğunu gördüm. Kimlərsə
bunun yanından elə-beləcə keçir, kimlərsə yox. Birincisinə biganədir. İkincisi isə hekayənin bir hissəsi
olmasına baxmayaraq gücsüz ola bilər və əlindən bir şey gəlməyə bilər.
Son səhnə: Son səhnədə Walter
metroda Afrika barabanında ifa edir. Buna sadəcə sıradan dapbadurub olaraq baxmamalıyıq.
Diqqətlə dinləyək: o, hər vuruşuyla sanki baş vermiş hadisələrə öz üsyanını
çatdırır. Ləyaqətli insanlar üçün bu dünyada yaşamağın necə də çətin olduğunu
deyir, sözün həqiqi mənasında həyat eşqinin boğulmasından və “hakimiyyət”lərin
insalarına necə də yad kimi yanaşmasını göstərir. Bəli filmin son səhnəsi, Walterin
sözlə ifadə edə bilmədiyi şeylərin musiqi ilə bütün dünyaya necə çatdırdığını göstərir. İllərdir o, bunu etməyə
çalışırdı. İçindəkiləri sözlə xaric etməyi bacarmasa da, musiqi ilə etmək istəyirdi,
amma alınmırdı. Son səhnə ilə o, eyni zamada çağırış da edir. Sanki, “ey
insanlar, bir-birinizə biganə qalmayın! Baxın mənə! Neçə ildi yaşayırdım, amma
həmişə yalnız idim! Çalışın hər zaman bir-birinizin yanında olun! Həyatın mənası
bizim bir-birimizə olan münasibətlərimizdədir...”(filmin şüarı: Connection is
everything). Filmi izləmək istəsəz diqqətlə izləyin. Bu suala da cavab tapmağa çalışın: Ziyarətçi kim oldu? Hansı tərəf digərinə daha çox ehtiyac duyurdu? Digər bir maraqlı bir fakt isə, filmdə təkrarlanan "çox sağ ol"un sayıdır. Əgər saysaz çox təəccüblənəcəksiz.
Filmi online izlə (rusca): burada
Filmi online izlə (türkcə altyazılı): burada
Digər yazılarımla tanış ol: burada
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
Александром Беляев - Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...
Comments
Post a Comment