9
9: Deməli
bu dəfəki analiz obyektimiz “9”dur. 9 animasiyası haqqında məlumatı mən hələ
11-ci sinifdə oxuyanda əldə etmişdim. Maraqlı gəlmişdi və dördüncü kursda oxuyanda
isə izlədim. Çoxları bəlkə də bunun uşaqlar üçün çəkilmiş nağıl olduğunu
düşünür, amma mən belə düşünmürəm (animasiyanın +14 bildirişi var). Həm İmdbdə
həm də kinopoisk.ru saytında yazılmış resenziyalarda apardığım araşdırmalar
göstərdi ki, vəziyyət 50-nin 50-yədir. Yəni izləyicilərin 50%-i bəyənir və çox
şeyi görürlər, 50%-i isə animasiyada çoxlu səhv tapıb, plaqiatdıqda itiham
edirlər.
Mən animasiyada bəzi şeylərin plaqiat olduğunu danmıram, ancaq hal-hazırda fikrimi bunun üzərinə toplamaq istəmirəm. İnsan nəyisə bəyənmirsə, mütləq onda saysız-hesabsız qüsur tapacaq. Beləliklə keçək animasiyanın süjetinə və onun bizlərə anlatmağa çalışdıqlarına.
Mən animasiyada bəzi şeylərin plaqiat olduğunu danmıram, ancaq hal-hazırda fikrimi bunun üzərinə toplamaq istəmirəm. İnsan nəyisə bəyənmirsə, mütləq onda saysız-hesabsız qüsur tapacaq. Beləliklə keçək animasiyanın süjetinə və onun bizlərə anlatmağa çalışdıqlarına.
Süjet: Hadisələr
post-apokalipstik dünyada (fəlakətdən sonrakı dünya) baş verir. Belə ki, bir
çox elmi-fantastikaların ən əsas mövzularından olan insanların bir-biri ilə
düşmənçiliklərinin yaratdığı dünyanın sonu və bu dünyada insanların səhvlərini
təmizləməli olan oyuncaq kuklalar təsvir edilmişdir. Bu oyuncaq kuklalar heç də
elə-belə deyillər. Belə ki, onların yaradıcısı onlara öz ruhundan, qəlbindən
bir hissə vermiş və onlara böyük ümidlər bağlamışdır. Bu kuklaların sayı 9-dur
və hərəsi bir şəxsiyyətdir. İzləməyə başladıqdan sonra onları canlı insanlardan
fərqləndirmək çətin olur. Bu da animasiyanın uğurudur ki, kuklalar çox canlı
formada təsvir olunublar.
Janr: Janr
olaraq animasiyanı animation-action janrına aid edirlər. Bunu müəyyən mənada qəbul
etmək olarsa da, onu da deyim ki, filmi izləyib qurtardıqdan sonra, məncə, bir
çoxları vuruşma səhnələrini deyil, daha dramatik səhnələri xatırlayırlar.
Actionda isə izləyicilərin yadında qalan əsas döyüş səhnələri olur.
Çatışmayan cəhətlər: Bunu iki qrupda toplamaq olar: birincisi: film darıxdırıcı və
adidir. İkincisi isə film hətta bitdikdən sonra belə izləyicidə çoxlu suallar
cavabsız qalır.
Nəticə: Film
ciddi, təsirli və maraqlıdır. Məncə həssas insanlarda hətta göz yaşı da müşahidə
edə bilərik. Film dövrümüz üçün aktualdır. Maşınların, texnologiyaların inkişafı
insanları ruhsuzlaşdıra bilər. Çox şey əvvəlki kimi olmaya bilər. Ruhumuz isə
bu həyatın həm keçmişi, həm indisi, həm də gələcəyidir.
Comments
Post a Comment