Süper Türk
Bu yaxınlardan belə bir filmin olduğu haqqında məlumat aldım və izlədim.
Supermen fenomeninin türk xüsusiyyətləri ilə sintez edilməsi, məncə, əla
konsepsiyadır. Çünki bu komediyanı biz daha yaxından anlayıb, daha maraqla və həvəslə
izləyə bilərik. Yəni ki, doğmalıq var.
Süjet (türkcə): 1960’lı yılların sonlarında, dünyadan çok uzakta bulunan bir
galakside bulunan bir gezegen yok olmak üzeredir. Bu gezegende bulunan
bebeklerden 2 tanesi özel kapsüllerle dünyaya gönderilir. Bir tanesi Amerika’ya
düşer, diğeri ise Türkiye’ye. Bizim hikayemiz Türkiye’ye düşen kapsülle başlar.
Bu kapsül Küçükköy isimli bir kasabaya, çiftçilikle uğraşan bir Abdullah ve
çiftin bahçesine düşer. Daha once 3 kez düşük yapmış olan çiftin çocukları
yoktur. Bu çocuğu kendi çocukları gibi büyütürler ve bunu çocuk da dahil
herkesten gizlerler.
Ekber adını verdikleri çocuğun çok özel güçleri vardır. Uçabilir,
gözlerinden ışın çıkarabilir, nefesiyle istediği şeyi dondurabilir, nesnelerin
arkasını görebilir ve çok uzaktan gelen sesleri duyabilir. Bu özelliklerini
insanlar öğrenirse Ekber’i ellerinden alacaklarından korkan anne baba yıllar
boyu Ekber’i baskı altında tutarak bu özelliklerini başkalarının yanında
kullanmasını engellerler.
Ekber’in çocukluk aşkı Zeynep uzun süredir İstanbul’dadır ve tek
hayali bir gün memleketi Küçükköy’e dönmek ve orada öğretmenlik yapmaktır.
Zeynep’in Küçükköy’e dönmesi ile birlikte Ekber’in de hayatında yeni bir dönem
başlayacaktır. Zeynep’e ilgi duyan ünlü medya patron Semih Cansöken Zeynep’in
tekrar İstanbul’a dönmesini istemektedir. Bunun için ortak arkadaşları Alev’i
görevlendirir ve Alev Zeynep’i dönmeye ikna etmek için Küçükköy’e gelir.
Küçükköy’de yaşayacakları trajik bir olay neticesinde Ekber afişe olur ve artık
t üm dünya onun bu özelliklerini öğrenecektir.
Tənqidlər:
Araşdırmalarım göstərdi ki, Türkiyədə bu filmi bol-bol ürəkdən tənqid edənlər,
pisləyənlər çoxdur. Bir qismi filmin çox lazımsız olduğunu, bir qismi filmin
süjetinin yaxşı olduğunu, amma çəkilişinin bərbad olduğunu yazır. Bəziləri
Tamer Karadağlının bu rola yaraşmadığını da dedilər. Bu sözləri deyənlər ABŞ
kinematoqrafiyasının imkanları və tarixi ilə, Türkiyə kinematoqrafiyasını
müqayisə edirlər. Əlbəttə, vizual effektlər heç də yaxşı deyil. Bəzən film
zamanı insan sıxılır, amma ümumi qənaətimcə heç də pis deyil və Tamer
Karadağlının bu rola yaraşmadığını deyənlərə də cavabım odur ki, bu rola əsl
TÜRK insanı çəkilməliydi və bu belə də oldu! Aktyor heyəti olduqca tanınmış
aktyorlardan ibarətdir.Əgər onlar bu ssenariyə inanmasaydılar, məncə, filmə də əhəmiyyət
verəyib ona enerji və vaxtlarını sərf etməzdilər.
Filmdə olan bəzi epizodları çox bəyəndim. Xüsusiylə erdem (əxlaq) ilə
əlaqədar və son epizodu. İnsan hara gedirsə getsin ən vacib olan
vicdandır. Final epizodunda isə Super Türk Türkiyədə doğulmadığını dedi, amma
buna baxmayaraq özünün Türk hiss etdiyini bildirdi. Səmimi türk sineması. İzləməyə
dəyər.
Comments
Post a Comment