Riçard Bax - Məsihin sorğu kitabçası

Kitabın rusca adı: Ричард Бах - Карманный справочник Мессии
Kitabın ingiliscə adı: Richard Bach - Messiah's Handbook

Твоя миссия – сияющий путь, которым ты следуешь, и не важно, насколько темна ночь вокруг.

Donald Şimoda, “İllüziyalar”da, Riçardı bu kitabdan necə istifadə etməyi öyrətdi. Sonra isə Məsihin sorğu kitabçası (və ya Məsihin bələdçisi, Məsihin cib bələdçisi) uzun illərlə yoxa çıxdı. 20 ildən sonra budur, o tapılıb. Beləliklə: fikri olaraq sizi narahat edən sualı soruşun, gözlərinizi yumun, kitabın təsadüfi səhifəsini açın, gözlərinizi açın və oxuyun. Bu maneəsiz və arası kəsilmədən, mütləq şəkildə işləyəcək: qorxu təbəssümün nəticəsində məhv olacaq, şübhələr gözlənilməz və parlaq aydınlanmanın nəticəsində uzaqlaşacaqlar.

Bu kitab haqqında məlumatı yazarın “İllüziyalar” kitabından əldə etmişdim. Bu kitabı müdriklik kitabı da adlandırmaq olar. Bəlkə də bir neçə kitabın sizə verəcəyini sizə verə bilər. Sadəcə sual verin və istənilən səhifəsini açıb praktiki cavab alın. Janr etibarıyla ktabı müasir, dəbli fəlsəfəyə aid edərdim. Niyə məhz belə? Çünki həm oxucular həm də yazıçılar məhz belə üslublarda roman və ya hekayə yazmağa çalışırlar (artıq bu ayrı mövzudur).

Məsləhətim: Əgər siz rus dilini bilirsinizsə, kitabı aşağıdakı linkdən yükləyin. Darıxanda, ürəyiniz sıxılanda, motivasiyaya ehtiyacınız olanda, çoxlu suallar qarşısında qalanda, özününzü yalnız hiss edəndə, kədərlənəndə və s. kimi vəziyyətlərdə istənilən səhifəsini açın və oxuyun. Qısa-qısa, mistik, fəlsəfi-düşündürücü fikirlərdir. Heç vaxtınızı da çox almayacaq. Sadəcə bir neçə saniyənizi alacaq, lakin qarşılığında çox dəyərli bir şey əldə edəcəksiniz. Bu sərfəli sövdələşmədir. Oxuduqlarınızı beyninizin bir kənarında saxlayın və hər zaman ona müraciət edin. Əmin olun ki, çox şey əldə edəcəksiniz. Məncə, hamıya lazım olacaq bir kitabdır.

Kitabı yükləmək üçün: buraya keç

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi