Viktor Pelevin - Dəhşət Dəbilqəsi - Виктор Пелевин - Шлем ужаса
Pelevin, mən səni “Omon Ra” və “Həşəratların Həyatı” kitablarına görə
çox sevirəm, bəyənirəm. Postmodernizmin gözəl təmsilçisi və əvvəlki yazımda da
qeyd etdiyim kimi, yazıları mənim üçün sanki meditasiya olan Pelevini bu əsərini
bəyənmədim. Pelevindən nə gözləyəcəyini bilmirsən. Çünki o, həyat fəlsəfəsini,
fantastikasını sözlərə, cümlələrə yaya bilir. Heç də hamı onun kitablarını başa
düşə bilməz.
Tarixçə: Povest,
Canongate nəşriyyatının, müasir dövrün ən parlaq yazıçılarına müraciət edərək,
mifləri yeni versiyada yazmaq üçün təşkil etdiyi beynəlxalq layihəsi əsasında hazırlanmışdır.
Layihədə janrını ustaları sayılan, Umberto Eko, Karen Armstronq, Canet Uinterson (Дженет Уинтерсон, Умберто Эко, Карен Армстронг) kimi yazıçılar da yer alıblar.
Layihədə janrını ustaları sayılan, Umberto Eko, Karen Armstronq, Canet Uinterson (Дженет Уинтерсон, Умберто Эко, Карен Армстронг) kimi yazıçılar da yer alıblar.
Viktor Pelevin bu kitabı haqqında deyir: “Bu nəşriyyatın olduqca maraqlı bir layihəsi idi. Biz gərək istədiyimiz
kimi hansısa mifi yeni versiyada yazmalıydıq. Mən italyan dostumun qızından istədiyi
mifin adını yazmağını istədim. O, da bir qədər düşündükdən sonra yazdı: Minotaurus”
Nəticədə də, Rusiyanın ən sirli yazıçısının növbəti kitabı ərsəyə gəldi.
Yəqin ki, siz Afinanın böyük qəhrəmanı, Teseyin Minotavra qalib gəlməsini və
Ariadnanın köməkliyi ilə çıxışı olmayan labirintdən çıxmasını xatırlayırsınız.
Bizim həyatımız da uğura gedən yol və bu yolun arxasında da uğursuzluqların baş
verdiyi labirintdir. Biz çətinliklərə sinə gərərək, həmişə məqsədimizə çatırıq.
Bizim hər birimiz labirintdən çıxışı, tapdığı Ariadnanın ipi vasitəsiylə tapır.
İlk epizod: Məsələn
mən otaqdayam. Ya da kamerada. Ən doğrusu hansıdır, sözün düzü, bilmirəm. O
böyük deyil, Divarlar yaşıl, tavanda isə ağ kasa var. Divarda çarpayı var. digərində
isə klaviatura bərkidilmiş lövhə. Lövhə stola çox bərk yapışdırılıb. Stolun
arxasında isə divara bərkidilmiş LCD ekran var. Yazdığım bu hərflər orda peydə
olur. Onu sındırmaq olmur. Artıq sınamışam. Otaqda iki qapı var və onlardan
birisi qəribə qaramtıl-yaşıl rəngdədir və bağlıdır. Mərkəzində isə qəribə
karniz var. Digər qapı isə taxtadandır, ağ rəngdədir və vanna otağına açılır. O
isə açıqdır.
Təhlil: Deyərdim
ki, Pelevinin ən yalnız əsərlərindəndir. Yəni çat formasında yazılan kitab ideya
baxımından qeyri-adi deyi, lakin kreativdir. Söhbətdə yer alanlar bir-biriləri
ilə yaxınlaşmaq istəyirlər, amma onları qəddarca aldadılırlar. Bir-birilərinə
ürəklərini açmaq istəyirlər, lakin onları psixoloji zərbəyə məruz qoyurlar. Açıq-aydın
görünür: virtual həyatın timsalında bizim real həyatımız və ondakı
qarşılaşdığımız problemlər. Bu problemləri həll etmək üçün isə bəzən biz nə
etdiyimizi və nə edəcəyimizi bilmirik.
Tənqid:
Qısaca bu başlıq altında da fikirlərimi də izah edim. Belə ki, ilk cümlələrdən
etibarən oxucu və obrazlar baş sındırıcı vəziyyətə düşürlər. Çoxlu suallar,
çoxlu qeyri-müəyyənliklər və müəmmalar. Yazıçı obrazlarla çox oynuyub, konkret
qəliblərdə verib. Əslində kitabın formatı bunu tələb edir və əsərin mənfi tərəfləri
bununla bitmir. Oxuyub bitirdikdən sonra, əsərdən insana qalan çox az şey olur.
Əlbəttə, əsərin müxtəlif yerlərində düşülmüş bu vəziyyətlər müxtəlif
formalarda, müxtəlif yerlərə yozulur və bunlar özü özlüyündə maraqlıdır, mənalıdır.
Bəzən oxuduğun yerləri bir daha oxumalı olursan. Fantastika, Sci Fi sevənlər
üçün bu əsəri təsəvvürdə canlandırmaq çətin olmaz (əslində mənə də çətin
olmadı. Sadəcə mürəkkəblik çoxdur.).
Sinopsis: Bağlı
otaq. İşlək komyuter. Hadisələrin baş vermə zamanı və məkanı naməlumdur.
Zarafat? Təcrübə? Cəza? Gözlərin qarşısında sadəcə monitor....
Nəticə: Əsərdə
bir çox şeyi metaforanın yardımı ilə görmək olar: həm müasir biznes dünyasını,
həm Dan Brownu kölgədə qoyacaq intelektual dedektiv fason məqamları, həm insan
beyninin iş prinsiplərini (olduqca yadda qalan bəzi məqamlar oldu), fəlsəfə,
psixologiya və müasir virtual həyatı. Bax beləcə Pelevinin kim nə qədər bacara
bilərsə, o qədər anlayacağı, oxuduğum
üçüncü kitabı.
Kitabı oxu:
burada
Bənzər yazılar:
beyendim yazini qaldi kitabi oxumaq..
ReplyDeleteümidvaram kitabı da bəyənrsən. :)
Delete