Batman Begins - Бэтмен: Начало

            Legend begins... - Легенда начинается...

Qəlbimin dərinliyində kim olduğum vacib deyil. İnsanı davranışlarına görə mühakimə edirlər - Неважно, кто я в глубине души, о человеке судят по поступкам.

Tarixçə: Batman və Robin filminin həm kommersiya həm də bədii uğursuzluğundan sonra səkkiz il keçmişdir. Bildiyimiz kimi Batman, milyoner Brus Veynin, uydurulmuş Gotham şəhərində ədaləti bərpa etmək üçün çevrildiyi obrazdır. Batmanin komikslərinin ekranlaşdırılması prosesi heç də uğurlu tendensiya göstərməyib. Coel Şumaxer (Джоэл Шумакер) bu kino-serialı tupikə dirəmiş, Frank Miller isə “Batman Yer One” ilə Batmanə aid ən uğurlu nəticələrdən birinə imza atmışdır.
Kristofer Nolan və onun yenilikləri: Batmanla əlaqədar son ad isə Kristofer Nolandır. Bu insan Batmanı izləyiciyə cəlbedici etmək üçün onu bu günkü izləyicinin tələblərinə uyğunaşdırmışdır. Əlbəttə komiksvari Batmandan əsər-əlamət qalmasa da, Batmanın Begins, Batmanin tarixini və ilkin mübarizəsini yaxşı əks etdirir. Kristofer Nolan bilir ki, ekran qarşısındaki izləyici xeyrin şər üzərindəki qələbəsinə inanır. Əgər bu belə deyilsə deməli o, buna doğru istiqamətlənib. Haqsızlıq-ədalətsizlik, apatiya və rüşvətxorluq daimi olmamalıdır. Super qəhrəmanın yolu necə başlamalıdır? Valideynlərinin qisasını almaq üçün alışıb yanan birisi kimi yoxsa başqa nə isə? O, həyatının mənasını itirsə də, onu ədalətsizliklə mübarizə aparmaqda yenidən tapdı.
Süjet: Valideynləri öldürüldükdən sonra məşhur milyoner və playboy Bruce  Wayne Asiyaya gedir. Orada o, Henri Ducard və Ra's Al Ghul tərəfindən şeytanla necə döyüşməli olduğu ilə əlaqədar təlim görür. Ducarddan şeytanı Gotham şəhərindən çıxarmaqla əlaqədar (Gothamın məhv edilməsi) planı eşitdikdən sonra, o, təcili evinə qayıdır. O, radikal və zorakı üsulların tərəfdarı deyil. Bruce cinayətkarlıqla mübarizədə yarasa obrazını özünə qəbul edir, amma sakitlik tez pozulur....
Aktyorlar: Michael Caine – Kristofer Nolanın sevimlisi, Nolanın triologiyasında rolunun öhdəsinədn ustalıqla gəldi – müdrik və sadiq Alfred. Kristian Beylin peformansına söz ola bilməz. O, yaratdığı qəhrəmanın bütün emosional situasiyalarını və döyüş səhnələrini yaxşı canlandıra bilib. Bəlkə də elə əsl Batman odur.)))) Digər aktyorlar da super iş ortaya qoyublar.

·        İnsanlar niyə yıxılırlar? Qalxmağı öyrənmək üçün. - Зачем люди падают? Чтобы научиться подниматься.
·        Niyə yarasa? Ona görə ki, mən bir dəfə ondan qorxmuşam. İndi isə istəyirəm ki, düşmənlərim qorxumu mənimlə bölüşsünlər - -Но почему летучая мышь? -Потому, что однажды я ее испугался: теперь, я хочу, чтобы злодеи разделили мой страх…

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi