Haruki Murakami - Qaçış deyərkən nəyi nəzərdə tuturam

Kitabın rusca adı: О чем я говорю, когда говорю о беге
Kitabın ingiliscə adı: What I Talk About When I Talk About Running

 Wikipedia məlumat: Qaçış deyərkən nəyi nəzərdə tuturam – Haruki Murakaminin 2007-ci ildə yazdığı avtobioqrafik oçerklər toplusudur. Xatirələrinə müraciət edərək yazıçı uzun məsafələrə qaçışını, marafonlarda və ultramarafonlarda iştirakını təsvir edir və idmanla ədəbi zəhməti müqayisə edir.

Söhbət: Haruki Murakami ilə bu dəfəki söhbətim, bəli bəli söhbətim, yazarın qaçış və onunla əlaqədar xatirələri oldu. Kitabın formatı mənə imkan verir ki, bu dəfəki mütaliəyə söhbət deyim. Bu kitab, Murakaminin əvvəl oxuduğum kitablarından fərqli oldu. Özünə məxsus tərzdə yazılan kitabın məqsədi hansısa obrazların başına gələn əhvalatları təsvir etmək deyil, sadəcə yazarın öz təəssüratlarını esse formasında yazmasıdır. Mən əvvəlki yazılarımda da demişəm ki, Murakaminin əsərləri avtobioqrafikdir. Bu kitabı isə onun əsərləri arasında avtoqbioqrafiyanın pikidir. Özünün də qeyd etdiyi kimi, qaçışla 32 yaşından məşğul olur və həmişə bu idman növündə daxilində yığılıb qalmış təəssüratları esse formasında yazmaq arzusu olub. Bu reallaşdıran Murakami bax beləcə bu gözəl kitabı bizlərə təqdim edib.

Uğurlu qiraət və Murakami-san: Bilirsiz mən şəxsən özüm o qiraəti uğurlu hesab edirəm ki, fantastik filmlərdə, kitablarda təsvir olunan gələcəyin super texnologiyalarındakı bir nöqtədən o birisinə proeksiyalanma kimi mən də yazının təsvir etdiyi yerlərə proeksiyalanım. Bəli, mən məhz Haruki Murakaminin oxuduğum kitablarını belə təsvir edərdim. Mən onun əsərlərini oxuyarkən məhz onun yaratdığı dünyalara proeksiyalanır və yaşayıram. Bəlkə də yanımda həmin an kimsə olsa bunu dərhal üz ifadələrimdən hiss edərdi.

Kitabın bizlərə göstərdikləri: Haruki Murakami yalnız insandır. Yalnız insannın həm öz bədəni həm də ruhu ilə necə harmoniyada olduğunu bu kitab vasitəsi ilə görə bilərsiz. Bu kitab fəlsəfədir. Yalnız insanın özü üçün fəlsəfəsi. Yazar bizə göstərdi ki, qaçış vasitəsi ilə insan övladı öz imkanlar toplusunun üst sərhəddinə hər gün necə çatır (bu sizə görə başqa bir idman növü ola bilər). Başqa sözlə Murakami necə hər gün həm fiziki həm də mənəvi imkanlar sərhəddini sınağa çəkir və ondan bəhrələnir. Kitabın adına baxıb elə düşünməyin ki, kitab qaçış idman növünü təbliğ edir. Fiziki və mənəvi balansın necə də gözəl qorunduğunu görmək mənə zövq verdi.

Maraqlı məqam: Kitabın adı Raymond Karverin “Sevgi deyərkən biz nəyi nəzərdə tuturuq” (Раймонда Карвера «О чём мы говорим, когда говорим о любви) əsərinin adının alluziyasıdır.        

Kitabı rusca yüklə
Bənzər yazılardan: 



Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi