Olivye Rolən - Bakıda son günlər


Bu kitab adından göründüyü kimi Bakıdan bəhs edir. Müəllif üç ay Bakıda yaşamış, gördüklərini, eşitdiklərini, duyduqlarını bittə-bittə yazmışdır.  Bir əcnəbi yazarın gözüylə Bakıya baxın, burdakı sosial və ictimai, siyasi durumu təhlil edin.

“Bu kitab öləcəyimi güman etdiyim şəhərdə keçirdiyim günlər  haqqında gündəliyə bənzəyir: portretlər, gördüklərim, fantaziyalarım, oxuduqlarım, səyahət qeydlərim, keçmiş simaların xatirimdə canlanması və s. Əlbəttə, bu, bir oyun idi. Ölüm oyunu olaraq  başlanmışdı. Bununla belə, bu oyun  mənim düşüncələrimə rəng qatır, müəyyən həddədək fantaziyalarımı, hətta baxışlarımı belə  istiqamətləndirirdi.”

Bəlkə də mənə elə gəlir, bəlkə də doğru vurğulamıram, bəlkə də doğru vurğulayıram. Dəqiq bilmirəm. Bəlkələrdən çox istifadə etdiyimin də fərqindəyəm, amma onu deyim ki, yazar bir xeyli müddət Bakıda, Azərbaycanda vaxt keçirdib və bizim cəmiyyətimiz haqqında bir çox şeyləri müşahidə edib. Kitabda da bir çox məqamlar üçüncü şəxslərin dilindən deyilir və ya sərtaaltı mənalara malikdir. Bəzi şeylərə isə açıq-aşkar rahatlıqla fikir bildirir. Oxuduqca gördüm ki, yazar bəzi məqamlara yanaşıb və sadəcə giriş edib. Üzərində dayanmayıb. Yazarın səmimiliyinə şübhə etdiyim anlar oldu. Əlbəttə hər yazarın üslubu və sənətkarlıq imkanları, düşüncə tərzi eyni deyil. Yazılanların çoxusu reallığı göstərsə də bir az hiddətləndiyim zamanlar oldu. Kitabın sonlarında yazıçının çox yaxşı fantaziyasının olduğunu gördüm. Bu xüsusiylə kitabın sonluğunu maraqlı edib. Həm maraqlı həm də təəssüfverici. Kitabı oxumaq qərarına gəlsəz və oxusaz nə dediyimi anlayarsız. Ümumilikdə bəli kitab oxumağa dəyərlidir. Tərcümə çox yaxşı, bədii ifadələr dolğundur.
Olivye Rolən

2004-cü ildə Əfqanıstandan qayıdarkən Azərbaycanda, Bakı şəhərində  düşməyə məcbur oldum. Bakının yerləşdiyi yarımadanın adını daşıyan mehmanxanada–Abşeronda qaldım. O zaman dünya mehmanxanalarının otaqlarında baş vermiş  40-a yaxın əhvalatı əks etdirən “Kristal mehmanxanası haqqında suita” kitabını  yazırdım. Abşeron adının  yunan mifologiyasında ölülər çayının adına bənzəməsi məni   öz sui-qəsdimi qələmə almaq fikrinə düşürdü. Kitabın cildindəki bioqrafik qeyd doğum və ölümümün  yeri və tarixini əks etdirirdi: Bulon-Bilankur 1947- Bakı 2009.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi