Batman "Under The Red Hood"

Süjet: Batman qəribə bir vəziyyətlə qarşı-qarşıyadır. Yeni peyda olmuş Red Hood, Gotham şəhərini alovun içindən dartıb çıxarmaq istəyir (bu alov cinayətkarlıq və özbaşınalıqdır). O, Batman qədər effektiv olaraq mübarizə aparsa da, Batmanla eyni etik qayda-qanunlara əməl etmir. Onun üçün öldürmək məqbuldur. Batman bu şəxsin kimliyini araşdırır və inanılmaz faktlar ortaya çıxır. Bu oyuna Joker də qoşulur. Keçmiş vərəqlənir, faktlar üzə çıxır və yenidən suallar yaranır. Qabıq bağlamış yaralar yenidən qanayır.
Təəssüratlarım: Batmana olan həvəsimi yenidən qaytaran bu animasiya mənim üçün xüsusidir. Epizodlar dinamik, rəngli və şok edicidir. Batmanın animasiyaları arasında, sözün həqiqi mənasında, ən izlənməli olan, ən yadda qalanıdır. “Süjet” başlığı altında təsvir etdiyim kimi animasiya çox duyğusaldır. Elə epizodlar var ki, izləyici bilmir hansı tərəfə haqq qazandırsın. Şəxsən məndə elə oldu ki, “bu niyə belə oldu axı” fikri yarandı. Keşkə belə olmayaydı dedim. Batmanə layiq gözəl bir animasiya. Bütün Batman həvəskarlarına məsləhtdi.
Onlayn izlə/yüklə: buradan  

Comments

  1. duzu Batmanin haqqina cox esitsemde amma indiye qeder ne kinosuna baxmisam, nede ki, animasiyasina)
    insallah qisa zamanda vaxt edib baxaram.
    Bloguna baxmisken onu da qeyd edim ki,yeni dizayn cooox xosuma geldi)
    bele daha rahat ve gozegelimlidir :)
    sukani bele saxla!)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi