Wall Street: Pullar yatmır


Filmin rusca adı: Уолл Стрит: Деньги не спят
Filmin ingiliscə adı: Wall Street: Money Never Sleeps

Motivlər: Dünya 2008-ci il böhranının bir addımlığındadı və Ceykob ağlına da gətirə bilməz ki, türmədən təzə çıxmış, bir zamanlar Wall Streetin ən məşhur oyunçusu Qorden Gekko onun həyatında bu dərəcədə vacib rol oynayacaq. Doğrudur onun qızı ilə münasibətdə olsa da, keçmiş xatirələrə görə əlaqə saxlamamaq lazım idi. Ceykob özü elə-belə adam deyil. O, isə hal-hazırda Wall Streetin ən “bərk gedən” oyunçularındandır. Film ABŞ maliyyə və dünya maliyyə sistemləri haqqında maraqlı nüanslara sahib olsa da sadəcə bu da deyil. Film eyni zamanda ailə dramıdır. Filmin birinci hissəsini izləmişdim və ikinci hissənin mövcudluğu haqqında xəbərdar idim. Odur ki, izlədim.


Aktyorlar: Filmdə Michael Douglas, Carey Mulligan, Shia LaBeouf kimi nəhəng aktyorlar var. Performanslarına söz ola bilməz. Michael Douglas böyük aktyordur. Xüsusilə də belə rollara çox yaxşı yaraşır (xarizmatik, iflas etmiş, lakin əvvəllər çox uğurlu biznesmen, boşanmış yüksək təbəqə nümayəndəsi və s.). Aktyor performansı ən yüksək tərifə layiq dərəcədədir.

Rejissor işi: Sadəcə aktyorlar deyil, rejissor işi də yüksək səviyyədədir. Epizodlar parlaq, dinamik və stillidir. Bravo Oliver Stoun! Həm birinci hissə həm də ikinci hissə diqqətə layiqdir. Rejissorun məharətidir ki, filmə intriqa və yumoru da sığışdıra bilib.

Nə isə. Çox danışmağa ehtiyac yoxdur. Sadəcə izləyin. Hələ xüsusiylə də ixtisasınız bu istiqamətdədirsə bəzi maraqlı məqamları görəcəksiz.

Wall Street

Digər yazılarımı da oxu. Əminəm ki, özünə uyğun bir şey tapacaqsan: burada

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi