Lyusi - Люси - Lucy

Sadəcə bir gün öncə o, adi insan idi, amma bu gün yüksək intellekti və qeyri-adi bacarıqları ilə planetin ən təhlükəli varlığıdı. Alimlər üçün fantastik və qeyri-real hesab edilən məsələlər onun üçün heç nədi. O, yemdən ovçuya çevrildi. Onun adı Lyusidi və deyilənə görə ilk qadının adı da məhz Lyusi olub. 

Lyusi qəddar Koreya mafiyasının qurbanına çevrilərək, yeni nəsil narkotiklər üçün təcrübə dovşanı olur. Filmin bizə təqdim etdiyi ən əsas yenilik bu yeni narkotik maddədir. Bundan əlavə isə "əgər insan öz beynindən tam istifadə edəcəksə nə baş verər?" sualının göstərilməsidir. Bu sualın cavabı isə filmdə belə çıxdı ki, əgər insan beynindən istifadəsini 100%-ə çatdırsa, onda o sadəcə allaha çevriləcək. Eyni zamanda bir çox sualın cavabını məhz beynindən istifadəsinin artırılması ilə tapmaq mümkündür. 

Filmi izlədikdən sonra müsbətlər və mənfilər cəbhəsini qarşı-qarşıya qoyduqda, filmin daha çox aydınlandığını görə bilərik. Belə ki, filmin çox tez bitməsi şəxsən məni narahat vəziyyət yaşamağa vadar etdi. Hər şey bu qədər sürətli baş verirsə, prosesdən zövq almaq çətin olur. Hər şey anidən başlayır və anidən də bitir. Müsbət təəssüratlar yaradan сəhətlər isə odur ki, çatdırılmaq istənən ideyalar adddım-addım faizlərlə göstərilib. Sonda isə ilk ibtidai insanlar, ali insanın bir-birinə toxunması olduqca maraq doğurdu. Eyni zamanda isə bu motiv təkamül nəzəriyyəsinə bir daha diqqət çəkmək məqsədi güdür. 

Aktyorlar konteksində isə, Skarlet Yohansan və Morqan Frimandan başqa iştirak edən bütün aktyor və aktrisalara ifrat dərəcədə qənaət edilib. Məsələn, şəraitdən asılı olmadan hər yerdə peydə olan və eyni emosiyaları ifadə edən polis. Bu nə tipdi belə?

Mövzunun köhnəliyi (Otbiçən və Zülmətin bölgələri filmlərini yada salmaq yaxşı olardı - Газонокосильщик и Области тьмы) və xüsusi effektlərin insanda heç bir əhval-ruhiyyəni yarada bilməməsi, şəxsən məndə neytrallıq hissi oyatdı. Başqa sözlə, nə bəyəndim deyə bilirəm, nə də bəyənmədim deyə bilirəm. Çünki Bessonda yarımçıq fantastika, yarımçıq ekşn və yarımçıq fəlsəfi film alınıb. Sadalanan hər bir janrdan sadəcə müəyyən elementlər var və özünü tam doğrulda bilmir. İstifadə olunana süjet elementlər şəxsən mənə tam gəlib çıxa bilmirdi və natamamlıqları rahat hiss edirdim. Ümumilikdə isə treyleri özündən yaxşı alınmış növbəti izləməyə dəyməyən film alınıb. 

 




















Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi