Oşo - Qəlbin musiqisi -Ошо - Музыка души

Əgər siz səhər tezdən günəşin çıxmağını görürsünüzsə və onu səssizcə izləyərək daxilinizdə də günəş doğursa, bu ibadətdir. Əgər səmada quş süzürsə və siz onu izləyəndə bütün ayrılıqları unudursunuzsa, bu ibadətdir. Harda ki, bütün bölgülər məhv olur, orada ibadət yaranır. Kainatla, bütün varlıqla bütünləşdikdə, siz ibadət edirsiniz.

Bu kitabında Oşo ibadət haqqında söhbət açır. O, qeyd edir ki, ibadət hər hansısa məcburiyyət və ya vəzifə deyil. O ürəkdən gəlməlidir. Kim ki ibadəti məcburi olaraq icra edirsə, o insanı azad insan hesab etmək olmaz. Qoy ibdət qeyri-formal bir şey olsun: qoy o sizin qəlbinizin dərinliklərindən gəlsin. Onu hər səhər mütləq icra etmək şərt deyil. O halda o ibadət olmur. Əsl ibadət həyat tərzidir, fasiləsizdir. 

Siz kiminləsə dialoq qurmadan dostluq münasibətləri yaratmağa cəhd etmisiniz? Ünsiyyətsiz bu mümkün deyil. Əgər siz özünüzü, təbiəti, evinizi sevmək və dostluq münasibətləri yaratmaq istəyirsizsə söhbət edin onlarla. Onlar sizə cavab verəcəklər. Bu səssizlik formasında olsa belə, müəyyən cavab alacaqsınız. İbadətin mahiyyəti də elə bundan ibarətdir. 

Kitabı evinizə həbs olaraq oxumayın. Onu parkda, meşədə, çay kənarında oxuyun və möcüzələrin şahidi olun. Kitabı oxuyun və təbiətin səslərini, onun sizinlə olan dialoqunu kəşf edin. Təbiət monoloqu bacarmır. O bütün varlıqla daima dialoqdadı. Pəncərənin o tərəfindəki mühərrik və siqnal səsləri təbiətin səsini çoxdan boğsa da, Oşo bizə ümid verir. Ümidi doğrultmaq isə bizim iradəmizdən asılıdır. Ona görə də milyonlarla insanlar əsl ibadətin mahiyyətini anlamadan öz rəngsiz həyatlarını yaşamağa və ondan narazı qalmağa davam edirlər. 

Oşonun bu kitabında psixoanaliz, ibadətin əsl mahiyyəti, buddizm fəlsəfəsinin pozitiv və neqativ müstəviləri, ibadət və meditasiya arasındakı fərq, insanın özüylə. təbiətlə və kainatla necə əlaqə yarada biləcəyi haqqında dəyərli bilgilər yer alıb. Bu məlumatlar çox dəyəlidir və məncə, Oşo bizim üçün kifayət qədər zəngin irs yaradır. 

Gün ərzində 5 dəqiqə belə sakitlik tapıb özünüzə, təbiətə qulaq versəz, ruhunuz bunun üçün sizə minnətdar olacaq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi