Dünyadan olan insan - Человек с Земли - The Man from Earth

Sadəcə bir otaq. Otaqda biologiya, arxeologiya, psixologiya və din kimi cəbhələr. Verilən məlumat isə insan əbədiyyətidir. İndi əsas məsələ onun düzgün danışıb danışmadığı haqqında nəticəyə gəlməkdir. Əgər düzgün danışırsa bu möcüzə, yalan danışırsa, sadəcə xəstə bir insan kimi dəyərləndiriləcək. Totoal zamn və məkan vahidliyi əsasında hadisələrin necə davam edəcəyini izləməyə başlayırıq.
Filmin sonu razvyazkadır və film elə razvyazkanın üzərində dayanır. Bundan əlavə film müddətində Con Oldman - əbədi insan, tərəfindən səsləndirilən fikirlər şəxsən məndə absurd hisslər yaratdı. Mən buddizm və xristianlıq arasında olan oxşar cəhətləri izah etdiyi, kütlənin necə hər şeyi ifrat dərəcədə korladığını dediyi vaxt tam normal və simpatik hisslər keçirsəm də, Conun özünü həm Budda, həm İsa peyğəmbər kimi adlandırmağı qıcıqlandırdı. Mənə maraqlı gəlir ki, görəsən mənim düşüncə tərzim niyə Budda ilə İsa peyğəmbəi birləşdirmək istəmir və əbədi insanın mövcudluğunu böyük sual altına qoyur.
Filmin böyük fəlsəfi mənasına qarşılıq, filmi maraqsızcasına izlədim. Bəşər tarixinin inkişafı, təbii köçlər, hadisələr və dəyişikliklər, siyasi hakimiyyətlər, cəmiyyətlərin formalaşması, dinlər və mədəniyyətlər bir-birilərini əvəz etdilər. Əslində bütün bu sadalananları bizim hər birimiz gündəlik olaraq az ya da çox öyrənirik. Əslində bizim hər birimiz müəyyən qədər Con Oldmanıq. Con Oldman obrazı əslində düşünən insan modelidir. Biz hər gün bəşər tarixinin inkişafını öyrənir və özümüzə görə nəticələr çıxarırıq. Maraqlıdır ki, insan qocalmasa idi, nələr edə bilərdi, lakin yaxşı ki, insan qocalır, zəifləyir və ölür. Əks təqdirdə dünya daha tez məhv olardı. Ölümün və ölümsüzlüyün necə vacib olduğunu izah edən film. İzləməyə dəyər, lakin böyük ümidlər bəsləməyə dəyməz.
Comments
Post a Comment