Mirzəkərim Norbekov - Kuzyanın anası haradadır və ya milyonlarla əhlikef çıxış yolunu necə tapaq? - Мирзакарим Норбеков - Где зимует кузькина мать, или Как достать халявный миллион решений
Budur şəhərin məşhur kitab mağazasında kitab
rəflərinin arasında gəzişirəm. Qəribə tərzdə, canayaxın formada üzümə
gülümsəyən bu qəribə adamın kitabının arxasında mənə ünvanladığı yazıları
oxuyuram. Ən əsası isə adı cəlb edir: Mirzəkərim. Öz-özümə fikirləşirəm ki,
şərq insanının dilini elə şərq insanı bilər. Nə qədər ola bilər ki, şərq insanı
elə şərqli problemlərini həll etmək üçün Qərbə müraciət edir. İnanın bu
elə-belə bölgü deyil. Bu adam bəlkə də nəyəsə nail olmağı bacarıb və digər
insanlarla da bölüşməyə qərar verib. Odur ki, bu kitabı oxusam nə isə əldə
etmiş olaram. Kitabı alıram və ən qısa müddət ərzində böyük ümidlərlə oxumağa
başlayıram. Başlasam da, sonlandırmağa çox çətinlik çəkirəm.
Yəqin ki, həm mənim yazılarımda, həm də digər
təcrübəli yazarların təəssüratlarında şəxsi inkişaf kitablarının necə
əhəmiyyətsiz olduğu haqqında məlumat almısız. Bu dəfə sadə şəxsi inkişaf kitabı
ilə qarşı-qarşıya olmadığımı düşünürdüm, lakin bu belə olmad.Mirzəkərim də söz
oyunundan başqa heç nə təqdim edə bilmədi.

Belə kitablar haqqında çox danışmağa dəyməz.
Ortada nə nəticə var, nə də nəyəsə çağırış. Sadəcə spontan məsələlərə müəyyən
yanaşmalar. Sərf olunan vaxta dəymir.
Comments
Post a Comment