Təhlükəli münasibətlər - Опасные связи

"...Əgər bu sevgi deyilsə, o zaman deməli sevgi heç mövcud deyil. Siz bunu inkar etsəz də, nəticələr bunu əksini sübut edir.."

20-ci əsrin 30-cu illəri. Köhnə sevgi tərəfləri Şanyaxyda görüşürlər və bir-birilərini qəribə intriqaya cəlb edirlər. Məqsəd günahsız insanları öz oyunlarına cəlb ederək şəxsi məqsədlərinə çatmaqdır. Lakin heç də hər şey plana uyğun getmir.  

Film yazıçı Şoderlo Del Laklonun məşhur romanının ekranizasiyasıdır və nədənsə rejissorların diqqətinə səbəb olmuşdur. Əsərin müxtəlif zaman periodlarını əhatə edən ekranizasiyaları mövcuddur. Məsələn, 18-ci əsri, 20-ci əsrin 60-cı illəri və s. Bu filmdə isə hadisələr 30-cu illərdə baş verir. Özü də Şanxayda. 

Süjet baxımından filmi kasıb kimi kateqorizasiya edə bilərik, lakin filmin üstün cəhəti onun süjeti daha yaddaqalan, parlaq, rəngli və atmosferli formada ekranlarda canladırmasıdır. Cənubi koreya və Çin kinematoqrafiyasının öndəgedən aktyorlarını filmdə görmək olduqca zövqlüdür. 

Qərb mövzularına Şərq yanaşmaları. Filmdə bunu açıq-aşkar hiss etmək olur. Filmi izlədikcə Asiya mentaliteti məsələlərini düşünürdüm. Süjet isə bu mövzuya tamamilə yaddır. Obrazların emosiyalarının, hisslərinin və əhval-ruhiyyələrinin necə dəyişdiyini çox yaxşı görürdüm. Baxmayaraq ki, süjet izləyiciyə öyrədici nə isə bəxş etmir, deməzdim ki, film izlənməyə dəyməz. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi