Patrul - End of Watch - Патруль

Los Ancelas. İlk baxışda öz həyatını yaşayan sakit şəhər təəssüratını bağışlayır. Lakin kriminal aləmin, cinayətkar birləşmələrin dünyasına daxil olduqca, asayişi qoruyan polisin işinin necə də çətin olduğunu başa düşürsən. Mövzumuz da elə bununla əlaqədardır. Qarşımızda ayrılmaz iki polis həmkarlarıdır. Onlar bir-birilərini qoruyurlar və hər an hər çətinliyə hazırdılar. Onlar yaxın dostdurlar və işlərində profesionaldırlar. Belə də olmalı idi ki, bir gün Los Ancelasın ən kriminal bölgəsində çətin vəziyyətə düşürlər və son ana qədər bir-biriləni düşünərək mübarizə aparırlar. 

Kriminal dünyanın oyunları təhlükəli və insafsızdır. Biz istər bu filmlə, istərsə də buna bənzər digər oxşarları ilə mənzərənin sadəcə müəyyən hissəsi ilə tanış ola bilirik. Bu aləmin etdiyi əməllərə qarşı sadəcə iki polis nəfəri nələr edə bilər? Bəzən düzgün zamanda və yerdə bir ordunun qarşısına çıxmış tək bir nəfər də kifayət edir. 

Polislər, narkotika, mafialar, küçə döyüş və atışmaları kimi mövzular yeni deyil. Film bu motivləri özündə ehtiva etsə də, əsas məsələ iki həmkar polisin  maşınları ilə gündəlik patrulda etdikləri söhbətlərdir. Bu söhbətlər bizə asayiş keşikçiləri olan polislərin şəxsi həyatlarına nəzər yetirməyimizə kömək edir. Bəzən biz onları başa düşə bilmirik, çünki sadəcə gördüyümüz, eşitdiklərimizlə ölçüb-biçirik. Halbuki onlar da bizdən az olmayaraq həyatlarını dolğun yaşamağa tam hüquqları çatır. 

Həmkarların söhbətləri çox maraqlıdır. Onlar müxtəlif mövzulara toxunurlar. İş başında isə hər şeyə tam anlayışlı və ədalətli yanaşırlar. Filmi izləyərkən "polis bax belə olmalıdır" fikrini səsli olaraq az təkrarlamadım.  

"Patrul" filmi polis dramı janrını bir növ yeniləyir. Rejissor Devid Eyer janra yeni yanaşmalar tətbiq etdi.  Həmkar olmaqla yanaşı həm də yaxın dost olan iki nəfər polisin hərtərəfli həyatını əks etdirən film, bizlərə çox şeyi öyrədir. Düşünməmək olmur ki, görəsən film Los Anceles polisinin vasitəsi ilə ABŞ polisinin, onun timsalında cəmiyyətinin, dövlətinin sağlam, demokratik və inkişaf etmiş olduğunu propoqanda edir yoxsa yox. Bu məsələ istisna deyil, lakin nəticələr - davranışlar əsas məsələdir. Ona görə də rahatlıqla demək olar ki, vicdanlı insanlar məhz filmdəki kimi hərəkət etməlidirlər. Qarşılaşdıqları çətinliklər isə çox vaxt süni və təəccüblü olur. İzləsəniz nə demək istədiyimi anlamağa cəhd etmiş olarsınız. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi